Koronavirusdan sağalanlarda ən çox bu simptomlara rast gəlinir

08:35 30-09-2021 | icon 574 | Sağlamlıq
Koronavirusdan sağalanlarda ən çox bu simptomlara rast gəlinir

COVID-19-dan sağalandan bir müddət sonra baş ağrısı, halsızlıq, yaddaşın pozulması kimi simptomlar bəzən insanları narahat etməyə başlayır.

 

Bunu yüksək kateqoriyalı rusiyalı həkim Aleksey Vodovozov bildirib.

 

Onun sözlərinə görə, xeyli sayda xəstə, hətta koronavirusu çox asanlıqla keçirənlər belə, bu simptomlarla üzləşirlər.

 

Həkimlər bunları postkovid sindromunun təzahürü kimi qiymətləndirirlər. Bu sindromunun nə qədər davam edə biləcəyi araşdırılır.

 

“Əsasən çox uzun olmur, təxminən dörd həftə davam edir. Ancaq sağalanların əhəmiyyətli bir hissəsində, ən azı üçdə birində bütün simptomlar on iki həftə və ya daha uzun müddət davam edir”, - deyə həkim vurğulayıb.

 

Postkovid sindromu əlavə arzuolunmaz nəticələrə səbəb ola bilər:

 

“Birincisi, bir insanın unuda biləcəyi mövcud xroniki xəstəliklərin kəskinləşməsidir. İkincisi, əvvəllər olmayan bəzi patologiyalar sıfırdan başlaya və postkovid simptomlarından ayrı görünə bilər”.

 

Həkimin sözlərinə görə, sağalan şəxs peyvənd olunarsa, vəziyyəti daha sürətlə yaxşılaşar.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

"Bu, riyakarlığın və ikiüzlülüyün son həddidir"

Qondarma “azərbaycanlı dəstəsi”ndən XƏBƏR VAR

ÜST ilk meymunçiçəyi testini TƏSDİQLƏDİ

Bakı metrosu ilə bağlı PİS XƏBƏR

Rusiyalı alimdən maraqlı AÇIQLAMA

Bu gün Beynəlxalq MÜƏLLİMLƏR GÜNÜdür

Peraki satılan yerdə İYRƏNC MƏNZƏRƏ

Taksilərlə bağlı YENİLİK

İstanbulda dəhşətli CİNAYƏT

Zəngilanda yeni yaşayış KOMPLEKSİ

"Müəllimlərin cəmiyyətin inkişafında rolu əvəzsizdir"

Türkiyədə bir İLK

Bakı Təşəbbüs Qrupundan BƏYANAT

Vaşinqtonun "məsələnin mənsiz həlli yoxdur" iddiası

Xızıda avtomobil AŞDI