Yaralıların sayı 729-a çatdı
İranda baş verən zəlzələdə yaralıların sayı 729-a çatıb.
Versus.Az xəbər verir ki, İranın Təcili Yardım Təşkilatının sözçüsü Muctaba Xalidi bu barədə məlumat verib. Onun sözlərinə görə, 37 nəfər xəstəxanaya yerləşdirilib.
Qeyd edək ki, ötən gün saat 20:07 radələrində Kirmanşah vilayətinin qərbində 6,4 bal gücündə zəlzələ baş verib.
Xəbər lenti
Sağlamlıq haqqında arayış elektron şəkildə VERİLƏCƏK
"Arayışlar sığorta çərçivəsində qarşılanmır"