Şam yeməyi üçün ideal ərzaqlar
Faydalı şam yeməyi həzm sisteminin mikroflorasına faydalı təsir göstərən bitki qidalarından ibarət olmalıdır.
Bu barədə tanınmış rusiyalı dietoloq Elena Tay məlumat verib.
Onun sözlərinə görə, tərkibi mikronutriyentlər, həzm olunan zülallar, pəhriz lifi və pektinlər olan humus (noxud püresi, tahini, zeytun yağı, limon suyu, duz və sarımsaq qarışıqından hazırlanır) və ya digər paxlalı yeməklər ən yaxşısıdır.
“Tərkibindəki liflər, yavaş karbohidratlar və zülallar sayəsində belə axşam yeməyindən sonra toxluq uzun müddət davam edir və həzm normallaşır”, - deyə mütəxəssis vurğulayıb.
O, paxlalı bitkilər arasında ən faydalılar arasında noxud, mərci və lobyanı xüsusi vurğulayıb. Dietoloqun sözlərinə görə, adıçəkilən bitkilərin aşağı qlikemik indeksi çəkini qorumağa kömək edir.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"