Erməni təxribatı bu dəfə xalçalarımızda

15:56 27-11-2018 | icon 767 | Qarabağ
Erməni təxribatı bu dəfə xalçalarımızda

 

                                                                                                  

SULTAN HÜMBƏTOV

 

Azərbaycan xalqının tarixi taleyinin ən əsas hissələrindən biri xalçaçılıq olub. Bu adət-ənənə bu gün də yaşamaqdadır. Tarixi sənədlərə nəzər saldıqda aydın olur ki, keçən əsrin əvvəllərində Zaqafqaziya respublikaları arasında yun və xalça istehsalına görə Azərbaycan bir neçə dəfə digər respublikalardan öndədir. Nəzərə alsaq ki, həmin dövrdə Gürcüstan və Ermənistan ərazilərində yaşayanların əksəriyyətini azərbaycanlılar təşkil etmiş, yun istehsalı və toxuculuq sahəsində onların da yetərli payı var, bu zaman bir çox qaranlıq məqamlara da tam aydınlıq gəlmiş olar. Bu gün təkcə torpaq iddiası ilə deyil, maddi-mənəvi dəyərlərimizi əlimizdən alıb özününküləşdirməyə çalışan ermənilər tarixi sənədlərdə yazılmış Azərbaycan və azərbaycanlı sözlərini silib, Ermənistan və ermənilər kəlməsi ilə əvəzləşdirərək dünya miqyasında hay-küy qoparırlar.



Ermənistan mətbuatında, həmçinin bir çox ermənipərəst KİV-lərdə bilərəkdən azərbaycan xalçaları ermənistan xalçaları kimi təqdim və təbliğ olunur. Ermənistan hökumətinin başçılıq etdiyi bu kompaniya bəzən səngisə də hərdən bir gücləndirilir. Bəli, son bir neçə ay ərzində istər sosial şəbəkələrdə, istər də KİV-lərdə Azərbaycan xalçalarının Ermənistan xalçaları kimi göstərilməsi prosesi daha çox vüsət alıb. Bunun da əsas səbəbi Azərbaycanda son dövrlərdə xalçaçılığın inkişaf etdirilməsinə dövlət qayğısının artırılmasıdır. Belə ki Azərbaycan Respublikasının Prezidentinin göstərişi əsasında Azərbaycan Respublikasında xalça sənətinin qorunmasına və inkişaf etdirilməsinə dair 2018-2022-ci illər üçün Dövlət Proqramı tərtib edilib. Həmin proqram üzrə hal-hazırda respublika üzrə 20-yə yaxın xalçaçılıq şəbəkəsi yaradılıb və bunların sayının 2019-cu ilin sonunadək 31 filiala çatdırılması nəzərdə tutulur.

 

Öz dədə-baba sənətimizi inkişaf etdirmək istəyimizdən xəbər tutan erməni toplumu bu proqrama qarşı adekvat bir addım atıb. Ermənistan Mərkəzi Bankı tərəfindən 25 sentyabrda "Ermənistan xalçası" adlı yeni seriya gümüş sikkələr hazırlanıb. İlk baxışdan çox sadə görünən bu işin arxasında erməni məkirliyi dayanır. İstehsal edilən 8 gümüş metaldan olan sikkələrin bir üzünə həkk edilmiş xalça şəkillərinin hər biri Azərbaycan xalçaçılıq məktəblərinin xovlu və yun xalça növünün ən maraqlı nümunələrindən olan azərbaycan xalçalarıdır: "Qoçbuynuz Xanlıq", "Lampa", "Qasımuşağı", "Çələbi", "Ziynətnişan" və digərləri.



Tanıtım məqsədi ilə hazırlanan sikkələrin maya dəyəri 1000 dram olmaqla gümüşdən hazırlanmış, ölçüsü 32,5mm x 48,0mm, çəkisi isə 33,6 qramdır. Hər sikkədən cəmi 500 ədəd zərb edilib. Sikkənin hazırlanmasına Anna Xaçatryan və Vardan Vardanyan müəlliflik edib. Onu da qeyd edək ki, sikkələr Litva Respublikasındakı zərbxanaların birində hazırlanıb. Sikkələrin satışı Ermənistan Mərkəzi bankı tərəfindən həyata keçirilir. 
Bütün bunlarla yanaşı Ermənistandan kənarda yaşayan erməni fərdləri və icmaları bu təbliğat maşınının irəliləməsinə yaxından dəstək olurlar.

 

Məsələn, ABŞ-ın Kaliforniya ştatında, Los-Anceles dairəsində yerləşən və Amerika ermənilərinin çoxunun yaşadığı Qlendeyl şəhərinin mərkəzi küçələrinin birində olan “Artsakh” adlı mağazada bir çox Azərbaycan xalçaları müəyyən restavrasiya aparılmaqla, ya da yeni xalçalar toxunmaqla erməni xalçaları kimi satışa çıxarılır. Bu işlərdə erməni əsilli, məşhur xalçaçı kolleksioner Hratch Kozibeyokian kimilərinin böyük xidmətləri var. Onlar sosial şəbəkədə ətrafına topladığı özü kimi ermənilərlə birləşib təkcə mədəniyyət sahəsində deyil, tarixi gerçəklərə və tarixi faktlara erməni donu geyindirməklə məşğuldurlar. Apardıqları erməni yönümlü, həqiqətdən uzaq təbiliğat və təşviqat nəticəsində bir çox insanları çaşdırır, doğru ilə yalan arasında seçim etmək zorunda qoyur. Bu cür faktları sadalamaqla qurtarmaz.



Qeyd edim ki, dünyanın müxtəlif satış nöqtələrindən əldə etdimiş Azərbaycan xalçaları, həmçinin Qarabağ müharibəsi zamanı işğal edimiş ərazilərdən qarət edilən xalçalar bu tip insanların əlində toplanır, müxtəlif dəyişikliklər aparılır və Ermənistan xalçası adı ilə satışa çıxarılır. Təkcə Qarabağ xalçaları deyil, Borçalı, Quba, Şirvan, Gəncə, Qazax, həmçinin Təbriz xalçalarınıda erməniləşdirməyə çalışan ermənilər hər vasitədən istifadə edirlər.

 

Bütün bunların qarşılığında təkcə xalça toxumaq və onun satışını təşkil etmək bizim üçün çox-çox azdır. Bu sahədə hökumətlə yanaşı xaricdə yaşayan və xarici dilləri bilən, təcürbəli insanların da köməyinə çox ehtiyac duyulur. Xalçaların təbiğatı ilə yanaşı erməni uydurmalarına qarşı beynəlxalq aləmdə yetərincə maarifləndirmə işlərinin aparılmasına önəm vermək lazımdır. İnanaq ki, itirilmək təhlükəsi ilə üz-üzə qalan və Azərbaycan mədəniyyətinin kiçik, lakin çox dəyərli bir parçası olan, nənələrimizin toxuduğu xalçalarımız erməni təbiğatı maşının qurbanı olmayacaq.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...