Ermənistanın bu sammitə dəvət olunması non-sensdir - Politoloq

21:49 02-12-2021 | icon 567 | Geopolitika
Ermənistanın bu sammitə dəvət olunması non-sensdir - Politoloq

ABŞ-ın 109 ölkəni dəvət etdiyi “Demokratiya sammiti”nə nə Azərbaycan, nə də Türkiyə qatılmayacaq. Bu  siyahı hansı maraqları nəzərə alınaraq tətbiq olunub?

 

 

Versus.az hafta.az-a istinadən xəbər verir ki, bu istiqamətdə danışan siyasi şərhçi Elçin Mirzəbəyli bildirib ki, rəsmi Vaşinqtonun “Demokratiya sammiti”nə dəvət etdiyi dövlətlərin siyahısına nəzər salmaqla, Bayden və adminstrasiyasının demokratiya haqqında təsəvvürlərinin sərhədlərini müəyyənləşdirmək mümkündür. Onun fikrincə, çox uzağa getmədən, qonşu Gürcüstanla yanaşı “Demokratiya sammiti”nə dəvət alan Nauru, Tuvalu və Vanuatu adlı cırtdan dövlətlərlə bağlı məqamın diqqətə çatdırılmasına ehtiyac var.

 

“Məsələ burasındadır ki, Nauru Abxaziya və Cənubi Osetiyanı hələ də müstəqil dövlət kimi tanıyır. Eyni qərar 2011-ci ildə Tuvalu və Vanuatu tərəfindən də qəbul edilmişdi. Amma 3 il sonra, 2014-cü ildə sözügedən dövlətlər qərarlarını geri çağırdılar. Buna baxmayaraq, hər iki dövlət 3 il ərzində Gürcüstanın ərazi bütövlüyünü de-yure tanımayıblar və separatçı rejimlərə rəsmi şəkildə dəstək veriblər ki, bu da onların beynəlxalq hüququn norma və prinsiplərinə, separatçı rejimlərin ərazisindən zorla çıxarılmış Gürcüstan vətəndaşlarının hüquq və azadlıqlarına olan münasibətini ortaya qoyur.

 

Eyni problem Ukrayna ilə bağlı da yaşanır. Qeyd edim ki, sözügedən sammitə Ukrayna ilə yanaşı, Krımı de-fakto Rusiya ərazisi kimi qəbul edən, BMT Baş Assambleyasının Ukraynanın ərazi bütövlüyünün və suverenliyinin dəstəklənməsi ilə bağlı 27 mart 2014-cü il tarixli, 68/262 saylı qətnaməsinin əleyhinə səs verən Anqola, Ermənistan, Hindistan, Serbiya  də var”.

E.Mirzəbəyli hesab edir ki, diqqət çəkən məqamlardan biri də Ağ Evin xeyir-duası ilə hazırlanan “Demokratiya indeksi”ndə ən son sıralarda olan dövlətlərin “demokratiya sammiti”nə dəvət olunmalarıdır.

“Məsələn, Konqo Demokratik Respublikası “Demokratiya indeksi”ndə ən son sıradan əvvəl – 166-cı pillədə qərarlaşıb. Sammitə dəvət olunanlar arasında yer alan Qvineya 133, Niger 125, Anqola 117, Nigeriya 110-cu pillədədir. Amma Türkiyə “Demokratiya indeksi”ndə 104-cü sırada qərarlaşsa da, “Demokratiya sammiti”nə dəvət almayıb. Daha öncə də qeyd etdiyim kimi, “Demokratiya indeksi” ABŞ-ın, Böyük Britaniyanın və digər Qərb dövlətlərinin dəstəyi ilə hazırlanıb və təqdim etdiyim göstəricilərin subyektiv, yaxud obyektivliyindən asılı olmayaraq, son hesabatdan götürülüb, Ağ Evin hesabatlarında da bir qayda olaraq, bu sənədə istinad olunur.

Hesab edirəm ki, beynəlxalq hüququn norma və prinsiplərinə, insan hüquq və azadlıqlarına münasibətdə, həmçinin “Demokratiya indeksi”ndə ən son sıralarda yer alan ölkələrin “Demokratiya sammiti”nə dəvət almaları, bu tədbirin əsas məqsədinin nədən ibarət olduğunu göz önünə sərgiləyir. Məqsəd hegemon mövqeyini itirən qütbün dünyanı yenidən ikiyə parçalamaq cəhdi və ətrafında “süni peyklər” yaratmaqla “demokratiya” müstəvisindən parçala və hökm sür siyasətini davam etdirməkdir”.

E.Mirzəbəyli eyni zamanda bu sırada Ermənistan kimi dövlətində bu sammitə dəvət olunmasını non-sens adlandırıb. O, demokratiyadan çox uzaqda dayanan Ermənistanın mahiyyətinin nə olması ilə bağlı faktların artıq 30 ildir ortada olduğunu dedi.

“Ermənistan 30 ildir Azərbaycan torpaqlarını işğal altında saxlayıb, 1 milyon azərbaycanlının hüquq və azadlıqlarını  kobud şəkildə pozub, əraziləri viran qoyub, faktiki olaraq həm də öz ölkəsi daxilində insan hüquq və azadlıqlarını kobud şəkildə pozub. Belə bir ölkənin sammitə dəvət olunması non-sensdir”.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Bu günədək 6 754 nəfər Qarabağda və Şərqi Zəngəzurda məskunlaşıb

Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır