Bu ilin “Dünya gözəli” seçildi
“Dünya gözəli” gözəllik müsabiqəsinin növbəti qalibinin adı məlum olub.
Bu il 70 illik yubileyini qeyd edən tədbirin finalı İsrailin Eylat şəhərində baş tutub.
Yarışmanın qalibi Hindistan təmsilçisi Harnaaz Sandhu olub.
Harnaaz Sandhu tacını ötən il müsabiqənin qalibi olmuş meksikalı Andrea Mesadan alıb.
Müsabiqədə ikinci yeri Cənubi Afrika Respublikası təmsil edən xanım tutub.
Qeyd olunur ki, bu il yarışmada dünyanın müxtəlif ölkələrindən 80 təmsilçi iştirak edib.
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"