Gündə 15 ədəd püstə yeməyin faydaları

10:00 28-12-2021 | icon 514 | Sağlamlıq
Gündə 15 ədəd püstə yeməyin faydaları

Püstə yüksək kalorili və yağlı məhsuldur, lakin ürək-damar sisteminin işini yaxşılaşdırmaq, metobolizmi və maddələr mübadiləsini sürətləndirmək üçün qida rasionuna daxil edilməlidir.

 

Bu barədə rusiyalı dietoloq Tatyana Razumovskaya məlumat verib.

 

Onun sözlərinə görə, püstənin tərkibindəki əsas elementlərdən biri B7 və ya biotindir ki, bu da zülalları mənimsəməyə, yağları yandırmağa imkan verir, yəni maddələr mübadiləsində açardır.

 

“Əgər biotin kifayət etmirsə, saç və dəri əziyyət çəkir, depressiv əhval-ruhiyyə yaranır, “pis” xolesterol qanda arta bilər”, - deyə dietoloq bildirib.

 

Mütəxəssis həmçinin püstənin tərkibində yüksək miqdarda kalium və maqneziumun qan damarlarını gücləndirməyə və ürək döyüntüsünü normallaşdırmağa kömək etdiyini vurğulayıb.

 

“Püstənin faydalarını artırmaq üçün gündə 15 ədəd yemək tövsiyə edilir. Uşaqların isə yeddi püstədən çox yeməməsi daha yaxşıdır”, - deyə Korableva məsləhət görüb.

 

Həkim eyni zamanda bir çox qoz-fındıq kimi püstənin də allergiyaya səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

 

Yeri gəlmişkən qeyd edək ki, antioksidantlarla zəngin olan püstə həm də orqanizmdə qocalma prosesini ləngidir, hüceyrələrin və dərinin cavanlığını qoruyur. Bu səbəbdən cavan və gümrah qalmaq istəyənlər mütləq püstə yeməlidir. Bundan başqa qaraciyərə, nəfəs yollarına, gözlərin sağlamlığına müsbət təsir edir. Püstə həmçinin afrodiziakdır - kişilərdə potensiyanı yaxşılaşdırır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Şah İsmayıl Xətainin 516 yaşlı fərmanının təqdimatı

Büdcədə sosial xərclər ARTIRILIR

Mədəniyyətimizin görkəmli nümayəndələrinin şəxsi əşyaları - TƏQDİMAT

Şərab zavodunda YANĞIN

Universitetlərdə bu fənlər LƏĞV OLUNMALIDIR

"YouTube"da YENİLİKLƏR

Taksi və avtobuslara yeni fərqlənmə nişanları verilib

Polis Akademiyasında yeni tədris korpusları İNŞA EDİLİB

İsveçrəyə ÇAĞIRIŞ

Bəzi ölkələrdən heyvan məhsullarının gətirilməsinə məhdudiyyət

“COP 29 ərəfəsində hərbi təxribatın törədiləcəyi istisna edilmir”

Hindistan Ermənistanı silahlandırmağa davam edir

Xudafərinin azad olunmasından dörd il keçir
 

Gəncədə binada güclü PARTLAYIŞ

Dövlət komitəsi ilə bağlı QƏRAR