Britni Spirs qayıdır

09:43 29-12-2021 | icon 527 | Şou-biznes
Britni Spirs qayıdır

Amerikalı pop ulduz Britni Spirs 2022-ci ildə konsert fəaliyyətinə qayıtmağı planlaşdırır və təklifləri nəzərdən keçirir.

 

Məlumata görə, bir neçə təşkilatçı artıq müxtəlif təkliflərlə sənətçiyə müraciət edib. Müğənni “həm şəxsi həyatında, həm də karyerasında müstəqil qərarlar vermək” niyyətindədir.

 

Qeyd edək ki, noyabrın sonunda Spirs atasının onun üzərindəki 13 illik qəyyumluğundan qurtulduqdan sonra ilk dəfə olaraq yeni filmin çəkilişlərində iştirak edib. Sənətçi qarşıdan gələn layihənin təfərrüatlarını açıqlamayıb.

 

Həmçinin ifaçı şəxsi həyatı haqqında da danışıb. Müğənninin sözlərinə görə, indi o, həyatda xırda şeylərdən, məsələn, avtomobilin açarları və ya bank kartına sahib olmaq fürsətindən həzz alır.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Hərbçilərin pensiya yaşı ARTIRILIR

Məktəblinin döyülməsi iddiaları ilə bağlı ARAŞDIRMA

Çinin yeni kəşfi

Azərbaycanın bir sıra bölgələrində qar yağır

Mağazaların müştəriləri aldatma üsulları

Zirvə görüşünün əhəmiyyəti

Eyni torpaq sahəsi 36 nəfərə SATILIB

"Ölkələr arasında olduqca konstruktiv dialoq formalaşır"

Azərbaycanlı futbolçu xaricə köçdü

“Uşaq Avroviziya”nın QALİBİ

Axtarışda olan 92 nəfər SAXLANILDI

Distant təhsilin tətbiq edilməməsinin SƏBƏBLƏRİ

Birbaşa Həmkarlar Konfederasiyasına aid olan PROBLEM

Məktəblərdə şagirdlərin psixi sağlamlığına necə nəzarət olunur?

Dünyanın ən qədim aysberqi hərəkətə gəldi