Prezidentin Ukrayna səfəri və gözləntilər ŞƏRH

16:14 15-01-2022 | icon 878 | Geopolitika
Prezidentin Ukrayna səfəri və gözləntilər ŞƏRH

Turan Rzayev: “Kiyevdə İlham Əliyevi gözləyirlər”

 

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Ukraynaya səfər edəcək. Səfərin işguzar xarakterli olduğu bildirilir. Görüş zamanı İlham Əliyev və Ukrayna Prezidenti Vladimir Zelenski arasında görüş baş tutacaq. Regionda baş verən son hadisələr fonunda ölkə başçısının Ukraynaya səfəri hansı amilləri ilə diqqət çəkir.

 

Versus.az xəbər verir ki, bu barədə şərh verən politoloq Turan Rzayev bildirib ki, prezidentin səfərləri öncədən planlı şəkildə müəyyənləşdirilir və bu mənada ölkə başçısının Ukrayna səfəri səbəbsiz deyil.

 

 

“Bəzi təhlilçilər Prezidentin Ukrayna səfərini Kremlə mesaj kimi dəyərləndirsə də, bununla razılaşmaq olmur. Məsələ ondadır ki, rəsmi Bakının Ukraynaya da, Rusiyaya da mövqeyi eynidir. Necə ki, Məsələn, bir müddət öncə Rusiya əleyhinə təşkil edilən Krım platformasında Azərbaycan yer almadı. Bu belə özlüyündə Azərbaycanın hər iki ölkəyə münasibətinin dəyişməz dost və əməkdaşlıq konteksində olduğunu sübut edir”.

 

Politoloq hesab edir ki, Azərbaycan mövcud Ukrayna-Rusiya gərginliyində konkret tərəf tutmur, əksinə iki ölkə arasında vasitəçi ola biləcəyini sərgiləyir. Politoloq bir müddət öncə Ukrayna Prezidenti Vladimir Zelenskinin Azərbaycan Prezidentindən Rusiyada həbsdə saxlanılan Krım tatarlarının Ukraynaya ekstradisiyası istiqamətində vasitəçi olmasını xahiş etməsini də xatırladıb.

 

“Hazırda iki ölkə arasında iqtisadi, hərbi sahədə ciddi əməkdaşlıq mövcuddur. Xüsusilə də Ukraynanın hərbi sahədəki təcrübəsi, eyni zamanda bu ölkənin şirkətlərinin Qarabağda quruculuq işlərində iştirakı məsələsi olduqca önəmlidir. Prinsip etibarilə, rəsmi Bakının gündəliyində duran ən aktual məsələ işğaldan azad edilən ərazilərin ən qısa zamanda bərpası və böyük qayıdış siyasətinin reallaşmasıdır. Ukrayna da bu prosesdə Azərbaycanla əməkdaşlıq edən ölkələrdəndir. Mümkündür ki, bugünkü görüşdə bu haqda müəyyən razılıqlar olsun.

Digər bir önəmli olan məsələ də son günlərdə dünya bazarında təbii qazın qiymətinin artmasıdır. Azərbaycan Ukraynaya qaz satışı həyata keçirə biləcək ölkələrdəndir. İki ölkə arasında bu istiqamətdə də razılığın əldə olunacağı mümkündür”.

 

 

Politoloq Elxan Şahinoğlu şərhində bildirib ki, Rusiya prezidenti Vladimir Putin ötən ilin sonunda keçirdiyi geniş mətbuat konfransında Qərbi hədələmişdi.

 

 

“Kreml sahibi demişdi ki, əgər Qərb onun şərtlərini qəbul etməsə ağır nəticələriylə üzləşməli olacaq. Ağır nəticə dedikdə isə Ukraynaya hücum əməliyyatı nəzərdə tutulurdu. Təsadüfi deyil ki, Rusiya Ukrayna ilə sərhəddə aylardır yüz minlik qoşun saxlayır. Putin onu da demişdi ki, Vaşinqton və NATO rəhbərliyi ilə danışıqlara hazırdır, ancaq nəticə əldə edilməsə planlaşdırdığını edəcək.

Danışıqlar nəticə vermədi. Vaşinqton və Brüssel Kremlin ultimatumlarını qəbul etməyib. Bununla ABŞ və NATO rəhbərliyi Kremlə sanki eyni mesaj göndəriblər: “Sən bildiyini edəcəksənsə, biz də bildiyimizi edəcəyik, səndən çəkinmirik”. Bu vəziyyətdə Putin planlaşdırdığını edəcəkmi? Rusiyada Ukrayna ilə müharibə ssenarisinə heç də hamı hazır deyil. Misal üçün Qərblə danışıqlarda Rusiyanı təsmil edən Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov deyib ki, hərbçilər Vladimir Putinə müxtəlif variantlar təklif ediblər, “ancaq diplomatiyaya şans vermək lazımdır”

 

Politoloq hesab edir ki, Ryabkovun sözlərindən iki məsələni anlamaq olar. Birinci variant odur ki, Rusiya diplomatları ilə hərbçiləri arasında Ukrayna məsələsində fikir ayrılığı var. İkincilər müharibəyə hazırlaşır, birincilər isə danışıqları davam etdirmək istəyirlər. İkinci variant odur ki, Kreml sahibi Ryabkovun diliylə geri addım atıb, masadan qalxmayacağına işarə edib.

 

Politloqun fikrincə, belə bir ərəfədə Azərbaycan prezidenti İlham Əliyevin Ukraynaya rəsmi səfərə gedəcəyi lap yerinə düşdü:

 

“Müxtəlif illərdə Bakıya səfər edən Ukraynanın keçmiş və indiki prezidentləri Petro Poroşenko və Vladimir Zelenski Azərbaycan prezidentini Kiyevə dəvət etmişdilər. İlham Əliyevi Kiyevdə çoxdan gözləyirlər. Azərbaycan Ukraynanın ərazi bütövlüyünü dəstəkləyir və bu Kiyevdə keçiriləcək ikitərəfli görüşdə bir daha vurğulanacaq”. 

 

LƏMAN
Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

İqtisadi tarazlıq nə zaman pozulur?

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Tarixi dostluq və mehriban qonşuluq

İsmayıl Osmanlı - 122

Parlament seçkiləri bu tarixdə keçiriləcək

“Qardaş ölkələrlə münasibətlər inkişaf edir”

Beyləqanda DƏHŞƏTLİ CİNAYƏT

Faiq Ağayevə SƏRT QADAĞA

Azad Xankəndinin ilk körpəsi ilə bağlı PAYLAŞIM

Parlament seçkisi ilə bağlı daha bir ANONS

COP29-a hazırlığın fəal MƏRHƏLƏSİNDƏ...