Xudafərin sərhəd keçid məntəqəsi ilə bağlı RAZILIQ

16:52 26-01-2022 | icon 583 | Siyasət
Xudafərin sərhəd keçid məntəqəsi ilə bağlı RAZILIQ

“Bakı-Təbriz-Bakı aviareysinin açılması, eləcə də Təbriz-Naxçıvan dəmir yolu xətti üzrə sərnişin qatarlarının fəaliyyəti İranın yol və şəhərsalma naziri Rüstəm Qasiminin Bakıya səfərinin nəticələrindəndir”.

 

Versus.Az APA-ya istinadən xəbər verir ki, bunu İranın Şərqi Azərbaycan əyalətinin başçısı Abidin Xorrəm deyib.

 

O bildirib ki, İranın yol və şəhərsalma naziri R.Qasiminin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çox səmərəli olub:

 

“İranın özəl şirkətlərinin dəmiryolu tikintisində müştərək əməkdaşlıq, işğaldan azad olunmuş ərazilərin yenidən qurulmasında iştirakı məsələləri, iki ölkə arasında işğaldan azad olmuş ərazilərdən yük məhsullarının mübadiləsinin həyata keçirilməsi, avtomobil yolu körpüsünün tikintisi, Cəbrayıl rayonunda sənaye şəhərciyinin yaradılması, Xudafərin Su Elektrik stansiyalarının turbinlərinin işə salınması, Xudafərin sərhəd keçid məntəqəsinin fəaliyyətə başlaması bu səfərdə əldə olunan nailiyyətlərdəndir”.

 

Onun sözlərinə görə, səfər zamanı həm də iki ölkədə qarşılıqlı sərgilərin keçirilməsi haqqında da razılıq əldə olunduğu bildirilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI