"Alimlərimiz informasiya verməkdə aktiv iştirak etmirlər"

14:31 19-12-2018 | icon 602 | Cəmiyyət
"Alimlərimiz informasiya verməkdə aktiv iştirak etmirlər"

 

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyəti Aparatının Mətbuat və informasiya idarəsinin təşkilatçılığı və akademiyanın Azad Həmkarlar İttifaqının dəstəyi ilə "Elmin populyarlaşdırılmasında KİV-i rolu" mövzusunda dəyirmi masa keçirilib.

 

Versus.Az xəbər verir ki, AMEA Rəyasət Heyəti Aparatı Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev elmin vəziyyəti haqqında etibarlı, obyektiv informasiyanın cəmiyyətə çatdırılmasında, elm və elmi biliklərin populyarlaşdırılmasında jurnalistlərin üzərinə böyük məsuliyyət düşdüyünü bildiririb.

 

İdarə rəisi jurnalistlərin bir və ya bir neçə elm sahəsi üzrə ixtisaslaşması sahəsində mövcud problemlərin həllinin və elmi-populyar üslubun tələblərinə cavab verən məqalələrin hazırlanmasının önəmliliyini bildirərək bu gün KİV-də işıqlandırılan elmi informasiyaların keyfiyyət və kəmiyyət göstəricilərinin istənilən səviyyədə olmadığını vurğulayıb.

 

AMEA-nın Mətbuat və informasiya idarəsinin rəis müavini Ülviyyə Rzayeva ölkənin 20-dən artıq aparıcı qəzet və xəbər saytında aparılan monitorinqlərin nəticələrini açıqlayıb.

O, qəzet və informasiya resurslarında işıqlandırılan müxtəlif səpkili elmi materiallarda tədqiqatların mahiyyəti ilə bağlı fikirlərin elmi üslubda kənara çıxmadığını qeyd edərək, elmi-populyar üslubun tələblərinə cavab verən məqalələrin hazırlanması sahəsində mövcud problemlərdən bəhs edib.

 

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru, millət vəkili Hikmət Babaoğlu alimlərin ekspert kimi mətbuatda çıxış etməsini vacib sayıb:

 

"Biz nə elm xadimindən jurnalist, nə də jurnalistdən elm xadimi düzəldə bilərik. Bəzi hallarda bizim üçün ümummilli əhəmiyyət kəsb edən məsələlərlə bağlı alimlərdən cavab almağa çətinlik çəkirik. Bu baxımdan jurnalistlə alim arasında sıx əlaqə yaratmaq çox çətin olur. Biz bunun üçün səylərimizi birləşdirməli, informasiya boşluğunu doldurmalıyıq".

 

"Şərq" qəzetinin baş redaktoru Akif Aşırlı əlavə edib ki, elmin mətbuatda populyarlaşdırılması üçün kadrlar ixtisaslaşmalıdır, lakin bunun üçün zaman tələb olunur:

 

"Hesab edirəm ki, ilk növbədə, elm xadimlərini Avropa üçün deyil, Azərbaycan üçün yetişdirməliyik. Alimlərin elmi məqalələri yalnız elmi jurnallarda deyil, qəzet və saytlarda dərc edilməlidir. AMEA-nın cəmiyyətdəki rolu alimlərin dilindən göstərməlidir. Ekspert qismində onlar müəyyən fikirlərin formalaşmasında iştirak etməlidirlər. Alimlərimiz informasiya verməkdə aktiv iştirak etmirlər. Qeyri-hökumət təşkilatlarının ekspertləri alimlərimizdən daha fəaldırlar".

 

"İki Sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, Akademiyanın İctimaiyyətlə əlaqələr şöbəsi KİV-lə münasibət qurmaqda maraqlı olmalı, alimlər öz məqalələrini dərc etdirməkdə aktiv olmalıdırlar.

AMEA-nın müxbir üzvü Misir Mərdanov isə vurğulayıb ki, Azərbaycanın bugünkü və gələcək inkişafında elmin öz yeri var:

 

"Bu gün elmin populyarlaşdırılması ilə bağlı problemlərdə günahkar axtarmamalıyıq. Bu gün müxtəlif səbəblərdən Azərbaycandan kənarda minlərlə alimlərimiz çalışır. Azərbaycandan uzaqda fəaliyyət göstərən alimlərimizi də unutmamalıyıq. Onların Azərbaycanda tanınması ilə bağlı birgə fəaliyyət göstərməliyik".

Tədbirdə elmin təbliğindəki xidmətlərinə görə bəzi jurnalistlərə təşəkkürnamə təqdim edilib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA