"Təəssüf ki, bu, uzanmış münaqişədir"
"Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün özündən asılı olan hər şeyi edəcək".
Versus.Az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova mətbuat konfransında deyib.
M.Zaxarova bildirib ki, bu məsələdə vaxt həddi qoyulmur:
“Əgər vaxt barədə danışsaq, əlbəttə ki, biz hər zaman münaqişənin tez bir vaxtda nizamlanmasının və buna yönəlmiş tədbirlərin tərəfdarı kimi çıxış etmişik. Amma dəqiq vaxt barədə danışmaq çətindir. Təəssüf ki, bu, uzanmış münaqişədir”.
M.Zaxarova əlavə edib ki, Rusiya tərəfindən asılı olan bütün işlər yerinə yetiriləcək.
Xəbər lenti
"Deputatlar bu barədə səhv fikirdədirlər"
"Özlərini göstərmək istəyirlər, amma gərək oyun çıxartmasınlar"