Deputatlarımızın iştirakı ilə Avronestin tədbiri başlayır

08:00 22-02-2022 | icon 205 | Siyasət
Deputatlarımızın iştirakı ilə Avronestin tədbiri başlayır

Çingiz Qənizadə: “Deputatlarımızın o tədbirdə iştirakı neqativ hallara qarşı etiraz etmək imkanı yaradır”

 

Xəbər verdiyimiz kimi, bu gün Yerevanda Avronest Parlament Assambleyasının komitə iclasları keçirilir. Həmin tədbirlərdə Milli Məclisin deputatları, Avronest PA-da Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edirlər.

 

Ermənistan Azərbaycanla sülhə gəlmədiyi halda, hələ də sərhəddə erməni təxribatları davam etdiyi bir vaxtda bu səfəri reallaşdırmağımz nə dərəcədə zəruri idi?

 

Versus.Az xəbər verir ki, hüquqşünas Çingiz Qənizadə açıqlamasında bildirib ki, elə beynəlxalq təşkilatlar var ki, onların keçirdiyi tədbirlərin yeri Azərbaycan Parlament üzvlərinin orada iştirak etməsinə mane olmamaldır.

 

Ç.Qənizadə bu mənada hesab edir ki, Avronestin öz tədbirini Ermənistanda keçirməsi Azərbaycanın həmin tədbirə qatılmasının qarşısını almamaldır. Onun fikrincə, münasibətlərimizin hansı səviyyədə olmasından asılı olmayaraq, bizim belə tədbirlərdə iştirak etməyimiz vacibdir:

 

“Belə bir tədbir Azərbaycanda keçirilərsə, Ermənistan nümayəndə heyəti də gəlib burda iştirak edə bilər. Əsasən həmin tədbirlərdə gündəlikdəki məsələlər müzakirə olunur. Tədbirin təşkilatçısı olan dövlət gələn qonaqların həm təhlükəsizliyini, həm də tədbirdə iştirakını təmin etməlidir. Əgər bu səfər reallaşacaqsa, dövlətin maraqlarını qorumaq və o yöndən çıxış etmək baxımından tədbirdə iştirak etmək vacibdir. 

Bəzən belə tədbirlərdə dövlətin zərərinə olan məsələlərin gündəliyə, müzakirəyə salınmasına cəhdlər edirlər. Azərbaycan nümayəndələrinin o tədbirdə iştirakı belə neqativ hallara qarşı etiraz etmək imkanı yaradır”.

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA