Ölən insanın beyin fəaliyyəti - İLK

08:40 23-02-2022 | icon 412 | Maraqlı
Ölən insanın beyin fəaliyyəti - İLK

Avstraliya alimləri tarixdə ilk dəfə olaraq ölən insanın beyin fəaliyyətini qeydə alıblar.

 

Bu, 87 yaşlı epilepsiya xəstəsinin elektroensefaloqrammasında (EEQ) öz əksini tapıb. Həkimlər onun səhhətini davamlı olaraq izləyiblər. Lakin qoca qəflətən ürək tutmasından ölüb.

 

Beləliklə də, elm adamları ölümdən əvvəl, ölüm anında və ölümdən sonra kişinin beyin fəaliyyətinin 15 dəqiqəlik yazısını əldə edə bildilər.

 

Tədqiqatçılar diqqəti EEQ yazısının 30 saniyəlik seqmentinə yönəldib, onu iki hissəyə - ürəyin hələ döyündüyü və artıq dayandığı vaxta bölüblər.

 

Məlum olub ki, ölümdən bilavasitə əvvəl beyində qamma dalğaları xüsusilə aktiv olub. Onlar yuxu, meditasiya və xatırlama proseslərində iştirak edirlər:

 

“Təhlillər nəticəsində biz öyrəndik ki, hətta sevdiklərimizin gözləri bağlandıqda və bizi tərk etməyə hazır olduqda belə, onların beyni keçmişin ən xoş anlarını canlandıra bilər”.

 

Onlar həmçinin ilk dəfə olaraq insan beyninin bu orqanda qan dövranı dayandıqdan sonra belə koordinasiyalı şəkildə işləməyə qadir olduğuna dair dəlillər tapdılar:

 

“Tədqiqat yalnız bir nəfərin iştirakı ilə aparılıb və onun beyni epilepsiyadan zədələnib. Buna görə də nəticələrə tam əmin olmaq üçün əlavə məlumatlara ehtiyac var”. /knife.media/

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

COP29-un 9-cu gününün PROQRAMI

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...