“AstraZeneca” vaksininin istifadəsi dayandırıldı - SƏBƏB

16:33 23-02-2022 | icon 678 | Sağlamlıq
“AstraZeneca” vaksininin istifadəsi dayandırıldı - SƏBƏB

 

Azərbaycanda indiyə qədər yeni növ koronavirus (COVID-19) əleyhinə istifadə edilən vaksinlərin bir qismi müəyyən yararsızlıq səbəblərindən məhv edilib. Ölkədə məhv edilən vaksin dozalarının sayı 507 339-dur.

 

AZƏRTAC xəbər verir ki, bu barədə “Fəaliyyət üçün məlumat: Effektiv strategiyaların işlənib hazırlanması yolu ilə COVID-19 vaksinlərinin geniş tətbiqinə nail olmaq” adlı konfransda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin İmmunoprofilaktika şöbəsinin əməkdaşı Əlcəfər Cəfərov məlumat verib.

 

O qeyd edib ki, respublikada məhv edilən vaksin dozalarının ümumi vaksinlərin 4.1 faizini təşkil edir.

 

Məhv edilən vaksinlərin 273 848 dozası “AstraZeneca”, 50 592 dozası “Pfizer”, 182 898 dozası “Sputnik V” vaksinləridir.

 

Məlumata əsasən, ölkədə “AstraZeneca” vaksininin istifadəsi dayandırılıb.

 

Səhiyyə Nazirliyi Azərbaycanda “AstraZeneca” vaksininin istifadəsinin dayandırılma səbəbini açıqlayıb. 

 

Qurumdan bildirilib ki, buna səbəb “AstraZeneca”nın bütün dozalarının bitməsidir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...