Ukraynanın yeni beynəlxalq dirəniş ordusu NİYYƏTİ

14:19 01-03-2022 | icon 685 | Geopolitika
Ukraynanın yeni beynəlxalq dirəniş ordusu NİYYƏTİ

Ruslan İmamquliyev: “Yerli rus əsilli ukraynalılar belə rus əsgərlərinə kömək etmirlər"

 

Ukrayna-Rusiya müharibəsi özünün gərginliyi ilə davam edir. İlk vaxtlar dəstəksiz görünən Ukrayna Qərbin, Avropanın, NATO-nun müəyyən manevrlərdən sonra dəstəkçi mövqelərini meydanda görür.


Ukrayna-Rusiya müharibəsindəki mövcud hərbi durumunu şərh edən hərbi analitik, "M5 Müdafiə və Strategiya" jurnalının Qafqaz və Orta Asiya üzrə nümayəndəsi Ruslan İmamquliyev yaranmış vəziyyəti təhlil edərkən maraqlı nüanslara diqqət çəkib:


“Rusiya ilə Ukrayna arasında başlanan dialoq uğurlu alınmadı. İqtisadi sahədə ciddi itkilər vermiş və sanksiyalarla daha çox çökən Rusiya geriyə addım atmır. Ukrayna isə tarixdə ilk dəfə bu qədər ciddi milli dirəniş göstərməkdədir. Ukraynada hər hansı haqsız tələblə razılaşmanın suverenliklərinin itirilməsi olacağını çox yaxşı bilirlər”.

 

Hərbi təhlilçi hazırda döyüş sahəsində olanlarla yanaşı informasiya məkanında gedən ciddi mücadiləyə də diqqət çəkib:


“İnformasiya Müharibəsi sahəsində Rusiya qərbin qoyduğu əngəllərlə tam blokada vəziyyətindədir. Bu səbəblə təsir və maraq sahələrində Ukrayna propaqanda imkanları ilə tam üstün vəziyyətdədir. Diplomatik olaraq dünyanın əksər böyük dövlətləri Ukraynanı dəstəkləyir. Lakin NATO və Avropa Birliyi öncədən Ukraynaya heç bir dəstək vermədiyi görüntüsünü də uğurla həyata keçirdi. Ukraynada gedən döyüşlərdə qarşı- qarşıya olan gerçək tərəflər Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika (BRİCS) ölkələri və NATO - dur. Amma bu əks tərəfdaşların lideri olan NATO Rusiyanın müharibə sahəsində zəif düşürüldüyü dövrdə çatışmalara aktiv girmədən məsələləri yaxında kontrolda tutmaqdadır”.

 

R.İmamquliyev hesab edir ki, Rusiyanın geniş cəbhədə müharibəyə girməsi artıq indidən döyüş sürsatlarının tükənməsinə gətirib çıxarıb:


“Başlanğıcda Rusiyanın hava sahəsində üstünlük əldə edə bilməməsi öz fəsadlarını göstərməkdədir. Ordu birləşmələri assimetrik hərb nəzəriyyəsinə görə qismən hazırlıqlıdır və geniş miqyasda bu cür əməliyyatları idarə etmə qabiliyyətində olmadıqları aşkar görünməkdədir. Ukrayna ordusu aldığı bilgilərə əsasən döyüş sahəsinin kəşfiyyat hazırlığı istiqamətində daha məlumatlıdır. Dərinliklərdə açılmış Rus ordusunun maddi və texniki təminatı yetərli olmadığı üçün artıq ordu idarə etmədə özbaşınalıq və fərarilik halları görünməkdədir”.

 

Hərbi analitik hesab edir ki, Avropa dövlətləri təhlükənin fərqindədirlər və tampon bölgə olaraq Ukraynada gedən döyüş əməliyyatlarını silah, texnika, təchizat və maddi resurslara təmin edirlər. Hətta əldə etdiyi maddi dəstəklər sayəsində Ukrayna yeni beynəlxalq dirəniş ordusu qurmaq istiqamətində niyyətini elan etdi və fəaliyyətləri başlatdı:


“Rusiyanın Döyüş sahəsində hədəf müəyyən etmədə ciddi çətinliklərı var. Rus ordu birləşmələri bütün istiqamətlərdə təhlükə ilə üzləşirlər. Ordu içərisində idarə etmədə xaos hər keçən gün artmaqdadır. Ordu ilə siyasi iradə arasında ciddi fikir ayrılığı var. Tam tərsinə Ukrayna ordusu öz siyasi rəhbərinə tam etimad edir. Rusiya da xalq müharibəyə qarşıdır və ciddi etirazlar var. Rusiya hələ də havada üstünlük əldə etməyib. Müharibə sahəsi barədə digər texniki vasitələrlə məlumat alma imkanının məhdud olduğu bir vaxtda bu əməliyyat sahəsində kor vəziyyətdə olmaq deməkdir”.

 

Hərbi analitik tərəflərin hərbi gücünün müqayisəsində Ukrayna ordusuna Döyüş Sahəsinin Kəşfiyyat Hazırlığı baxımından da önəmli dəstəyin olduğunu deyib:


“Hədəflər dəqiqliklə müəyyən olunur və resurslar səmərəli sərf edilir. Radio elektron mübarizədə Ukrayna qərbin dəstəyi ilə tam üstün vəziyyətdədir. Rus ordusunun rabitə vasitələrindən effektiv istifadə edə bilməməsi əməliyyatların icrasında və yaranmış vəziyyət üzrə çevik qərar vermədə nöqsanlara yol açır”.

 

R.İmamquliyevin təhlillərinə əsasən müharibənin ilk günlərində rahatlıqla hərəkət edən rus ordusu artıq maddi və texniki təminat vasitələri baxımından tükənmiş vəziyyətdədir. Təminat yolları kiçik qruplar şəklində Ukrayna ordusunun nəzarətindədir:


“Texnikalar ya hərəkət edə bilmir ya da istifadə etməyə döyüş sursatları yoxdur. Rus əsgərləri aclıqla mücadilə edirlər. Onlara komandirləri tərəfindən deyilənin tərsinə yerli rus əsilli ukraynalılar belə onlara köməklik göstərmirlər. İki eyni irq və dindən olan dövlətlərin bu müharibəyə girməsi Rusiya vətəndaşları tərəfindən qınanmaqdadır. Hətta Rusiya generalları arasında ciddi fikir ayrılıqları var. Ümumi yanaşsaq, siyasi və strateji idarəetmə, diplomatiya, informasiya müharibəsi, propaqanda, kiber müharibə, konvensional və assimetrik əsaslarda müəyyən olunmuş döyüş taktikası, qüvvə nisbəti, qoşunların idarə olunması, maddi-texniki təminat və bir sıra digər amillər üzərindən baxılsa bu müharibə Rus ordusunun sovetlər birliyindən sonrakı, dönəmdə ciddi bir inkişaf yolu tutmadığını açıq aşkar sərgiləməkdədir”. /hafta.az/

 

TAHİRƏ
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI