Azərbaycan İranla sənəd imzalayacaq

11:18 10-03-2022 | icon 463 | Siyasət
Azərbaycan İranla sənəd imzalayacaq

Azərbaycan vətəndaşlarının İran ərazisindən istifadə etməklə Naxçıvana səfəri üçün qonşu ölkə ilə anlaşma memorandumu imzalayacaq.

 

Versus.Az xəbər verir ki, bunu İranın yollar və şəhərsalma naziri Rüstəm Qasimi bildirib.

 

O, bu barədə sabah keçiriləcək Azərbaycan-İran Hökumətlərarası Birgə İqtisadi Əməkdaşlıq Komissiyasının 15-ci iclasında iştirak etmək üçün Bakıya yola düşməzdən əvvəl açıqlama verib.

 

“Bu sənəd Azərbaycan xalqına Naxçıvana səfər etmək üçün İran torpaqlarından istifadə etməyə imkan verəcək. Bundan başqa, səfər zamanı Azərbaycanın İrana verməyə razılaşdığı bir sıra layihələr, eləcə də enerji, kənd təsərrüfatı və sənaye sektorlarında əməkdaşlıq müzakirə ediləcək. Azərbaycanda - Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərən “Iran Khodro”nın fəaliyyətinin genişləndirilməsi razılaşdırılacaq”, - deyə o, qeyd edib.

 

R.Qasımi Azərbaycana səfəri zamanı digər sahələrdə də memorandumların imzalanacağını bildirsə də, onlar barədə konkret danışmayıb.

 

Xatırladaq ki, indiyə qədər İran Azərbaycan iqtisadiyyatına 4,2 milyard ABŞ dolları, Azərbaycan isə İran iqtisadiyyatına 1,9 milyard ABŞ dolları həcmində investisiya qoyub. Hazırda Azərbaycanda İran kapitallı 2 min şirkət fəaliyyət göstərir. O cümlədən İranın ən böyük avtomobil istehsalçısı olan “Iran Khodro” “Azərmaş” ASC ilə birlikdə “Xəzər” şirkətini yaradıb və iki ölkə birgə avtomobil istehsal edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI