Son dəfə toyda gördülər

17:55 06-04-2022 | icon 547 | Şəhidlər və şahidlər
Son dəfə toyda gördülər

Fərrux uğrunda döyüşlərdə itkin düşən Vüqar Qubadovun ailəsi danışdı

 

Bir müddət əvvəl Xocalı rayonunun Fərrux kəndinin erməni qanunsuz dəstələrindən azad olunması ilə bərabər, burada insan sümüklərinin aşkar edilməsi 30 ildir itkin düşən şəxslərin ailəsində bir ümid yaratdı. Bu illər ərzində qardaşından heç bir xəbər ala bilməyən Hakim Qubadov Fərrux kəndində aşkarlanan sümüklərin qardaşı Vüqar Qubadova da aid olduğuna ümid edir. Vüqar Qubadov 1973-cü ildə Salyan rayonunun Qarabağlar kəndində dünyaya göz açıb. 1991-ci ildə Rusiyada hərbi xidmətdə olub, Birinci Qarabağ müharibəsi başlayanda könüllü olaraq ordu sıralarına yazılıb. 1992-ci ilin əvvəlində döyüş bölgəsinə göndərilib.

 

Qardaşı Hakim Qubadov deyir ki, qardaşı sonuncu dəfə toyda iştirak etmək üçün 1992-ci ilin sentyabrın 13-də evə qayıdıb, səhəri gün isə yenidən hərbi hissəyə yollanıb. Hazırda Fərrux kəndinin azadlığa qovuşması ailədə həyəcanla qarşılanıb.

 

Qeyd edək ki, bir neçə gün öncə Birinci Qarabağ müharibəsi zamanı Fərrux yüksəkliyində itkin düşmüş Azərbaycan hərbçilərinin siyahısı açıqlanıb, 62 nəfərin adının yer aldığı siyahıda Vüqar Qubadovun da adı var.

 

Ətraflı Baku TV-nin süjetini təqdim edirik:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA