Sahibkar həbs EDİLDİ

11:54 07-04-2022 | icon 618 | Hadisə
Sahibkar həbs EDİLDİ

Ötən ilin may ayında Bakıda oğlu intihar edən sahibkar həbs edilib. 

 

“Qaynarinfo”nun əldə etdiyi məlumata görə, MİR avtosalonun sahibi Məhərrəm Əhədov Cinayət Məcəlləsinin 178.3.2 maddəsi ilə həbs olunub. 

 

M.Əhədov barəsində artıq aprel ayının 5-də 3 ay müddətinə Yasamal Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. O, külli miqdarda vergidən yayınma və dələduzluqda ittiham edilir.

 

Məhərrəm Əhədovun biznes ortaqlarına milyonlarla borcu olduğu üzə çıxıb. 

 

M.Əhədov Bakıda və bir sıra yerlərdə özünə və ailəsinə məxsus şəxsi mülkləri, biznes obyektlərini satsa da, öhdəliyində olan borcları tam ödəyə bilməyib. 

 

Xatırladaq ki, ötən ilin may ayında Məhərrəm Əhədovun oğlu 1995-ci il təvəllüdlü Mirvəfayıl Əhədzadə yaşadığı binanın 17-ci mərtəbəsindən özünü ataraq intihar edib. Mirvəfayılın da özünü külli miqdarda borca görə öldürdüyü deyilib.

 

Baş fotoda intihar edən Mirvəfayıl Əhədzadədir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...