"Karaqan hadisələri göstərir ki, Ermənistan əkdiyini biçməkdədir"

12:46 08-01-2019 | icon 433 | Gündəm
"Karaqan hadisələri göstərir ki, Ermənistan əkdiyini biçməkdədir"

 

Karaqandadakı hadisələr onu göstərir ki, Ermənistan əkdiyini biçməkdədir.

Versus.Az xəbər verir ki, bunu Trend-ə "Baku Network" Ekspert Şurasının direktoru, fəlsəfə doktoru Elxan Ələsgərov deyib.

Xatırladaq ki, Yeni il gecəsi, yanvarın 1-də "Qədim Roma" restoranında dava-dalaş düşüb. Nəticədə Qazaxıstan vətəndaşı, yerli etnosun 23 yaşlı nümayəndəsi bıçaqlanaraq qətlə yetirilib, 3 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.

Karaqanda Xüsusi İstintaq Məhkəməsi hadisədə şübhəli bilinən üç nəfəri - Malxasyan Torq Manveloviç, Malxasyan Soxhak Samveloviç və Nadırbekov Kair Xamitoviçin barələrində 2 ay müddətinə həbs qətimkan tədbirinin seçilməsinə dair qərar qəbul edib. Dördüncü şübhəli Narek Qururyan isə hadisə yerindən qaçaraq gizlənib, onun barəsində də axtarış elan olunub.

E.Ələsgərov bildirib: "Ermənistan hakimiyyətinin nümayəndəsi Karaqandada vəziyyətin gərginləşməsində Azərbaycanı ittiham edib, amma reallıqda hadisələr onunla bağlıdır ki, Qazaxıstanda anti-erməni əhvali-ruhiyyə artır. Bu isə iki amillə bağlıdır: birincisi, əlbəttə ki, Karaqandada törədilmiş cinayətdir, ikincisi isə Ermənistanın anti-türk ideologiyasıdır".

O qeyd edib ki, erməni politoloqlar öz şərhlərində çox vaxt hədlərini aşaraq türk xalqlarını "ikinci növ insanlar" və "mədəniyyətsiz" adlandırır:

"Əlbəttə ki, bu, türkdilli əhalinin yaddaşından silinə bilməz. Belə bir atalar sözü var: Nə əkərsən, onu biçərsən".

Onun fikrincə, Qazaxıstanla Ermənistan arasında münasibətləri pozan daha bir amil KTMT ilə bağlı hadisələrdir:

"Ermənistanda Qazaxıstanın KTMT-yə erməni Baş katibin ikinci müddətə seçilməsini dəstəkləməməsi ilə bağlı vəziyyəti düzgün qəbul etməyiblər".

E.Ələsgərov qeyd edib ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin Dağlıq Qarabağ münaqiçəsi ilə bağlı bəyanatından sonra ermənilər onun şərəfinə adlandırılmış küçənin adını dəyişdilər və anti-Qazaxıstan şüarlar səsləndirdilər:

"Ona görə də Karaqandada baş verənlər dərin köklərə malikdir. Ermənilərin şovinizm ideologiyası qonşuların cavab reaksiyasını yaradır. Bu, Türkiyədə də, Qazaxıstanda da, Özbəkistanda da, digər türkdilli ölkələrdə də hiss olunur".

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA