ALDP-dən 28 APRELlə bağlı BƏYANAT

08:50 19-04-2022 | icon 475 | Siyasət
ALDP-dən 28 APRELlə bağlı BƏYANAT

"Bu təqvim Azərbaycan tarixində işğal günü kimi qeyd olunsun"

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Rəyasət Heyətinin iclası keçirilib.

 

Versus.Az xəbər verir ki, bu barədə ALDP Mətbuat Xidmətinin məlumatında bildirilib.

 

iclasda 28 aprel Azərbaycan tarixində işğal günü kimi qeyd olunması ilə bağlı bəyanat qəbul olunub.

 

Bəyanatda deyilir:

 

Sovet Rusiyasının rəhbəri Vladimir Leninin əmri ilə 11-ci Qırmızı Ordu 1920-ci il, aprelin 28-də Bakıya daxil olmuş və Azərbaycan Demokratik Respublikasını devirmişdi. Bəzi tarixçilər Azərbaycanın işğalını yerli kommunistlərin nailiyyəti kimi qələmə verirdilər, hərçənd ki, ordunun döyüşçü heyətinin mütləq əksəriyyəti qeyri-azərbaycanlılardan ibarət idi.

 

Biz  Azərbaycanın bu tarixini öyrənməliyik və müstəqillik uğrunda mübarizə aparanları unutmamalıyıq, onların fəaliyyəti, mübarizliyi xatırlanmalı və ictimaiyyətə açıqlanmalıdır.

 

ALDP 1920-ci il aprelin 28-i Qırmızı ordunun Azərbaycanı işğal etməsi “İşğal günü” kimi qeyd olunmasını təklif edir.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI