Xəzər dənizi sahilində QANUNSUZ ƏMƏLLƏR

09:00 05-05-2022 | icon 523 | Sosial
Xəzər dənizi sahilində QANUNSUZ ƏMƏLLƏR

Abşeron yarımadasının əsas göllərindən sayılan Zığ gölünün Xəzər dənizinə çıxışı tam bağlanıb. Göl ilə dənizi birləşdirən təxliyə kanalının içinə torpaq tökülərək doldurulub. Nəticədə Zığ qəsəbəsindən gölə axan məişət-sənaye sularının və yeraltı suların əhatəsi daha da genişlənib, ərazidə ekoloji təhlükə yaranıb.

 

Versus.Az xəbər verir ki, bu barədə “Xəzər” TV sujet hazırlayıb.

 

Ərazidə yaşayan sakinlər deyirlər ki, kanalın içinin doldurulmasına ötən il başlanıb. Onun hansı məqsədlə edildiyi isə sual doğurur.

 

Sakinlərin sözlərinə görə, xüsusilə sənaye suları onların həyatı üçün təhlükə yaradır.

 

Məsələ ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinin idarə heyətinin sədri Mirsalam Qəmbərov bildirib ki, kanalın bağlanması bataqlıqların yaranmasına və antisanitar vəziyyətə səbəb olub. Onun sözlərinə görə, Zığ gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və ərazisinin abadlaşdırılması ilə bağlı ölkə başçısı tərəfindən sərəncam imzalanıb. Sərəncama uyğun olaraq 300 hektara yaxın ərazisi olan göldən istifadə və onun mühafizəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinə tapşırılıb. Təsdiqlənən baş plana uyğun olaraq nazirlik bu istiqamətdə işlərə başlasa da, hazırda həmin kanalın bağlanması onların işinə mane olur. Bu səbəbdən 3 dəfə aidiyyəti qurumlara müraciət ünvanlanıb. Hazırda real addımlar atılmadığından gölün abadlaşdırılması və neft tullantılarından təmizlənməsi işləri həyata keçirilə bilmir.

 

Suraxanı Rayon İcra Hakimiyyətindən isə bildirildi ki, kanalın doldurulması Xətai Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə olub. Xətai Rayon İcra Hakimiyyətindən isə deyildi ki, onlar belə bir təşəbbüs irəli sürməyiblər.

 

“Kanalı ətrafda yaşayan sakinlər doldurublar. Qurum bu barədə aidiyyəti orqanlara məlumat da verib”, - deyə Xətai Rayon İcra Hakimiyyətindən bildirildi.

 

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Azərbaycan burada bir bəhanədir, əsas məqsəd...

"Bayrağımız Qarabağda dalğalanmadıqca içimiz rahat deyildi, bu gün isə..."

Zəfər gününün ruhu, qüdrəti ilə vüqarla dalğalanan BAYRAĞIMIZ

“Zəfərimiz, bayrağımız müqəddəsdir, mənfurların vurduğu ləkəni götürməz”

129 nömrəli məktəbdə  maarifləndirici tədbir

Deputatdan bankların tələbləri ilə bağlı TƏNQİD

Neftçalada ev sahibi ilə birgə YANDI

Azərbaycanda İLK

Rəqəmsal məlumat platforması İSTİFADƏDƏ

Bu universitetə rektor TƏYİN EDİLDİ

Ödəmə terminalından oğurluq etmək İSTƏDİ

Əyriboyunluq xəstələri həkimə daha gec fazada gətiriləndə müalicə gecikir

Qarabag müharibəsi əlili haqqını tələb etdi və...

Məhşur restoranda kütləvi DAVA

Samir Bağırovun içinə şeytan girirmiş