Lev Spivak: "2019-cu ildə Azərbaycanla İsrail arasında münasibətlər daha sürətlə inkişaf edəcək"

17:00 09-01-2019 | icon 314 | Siyasət
Lev Spivak: "2019-cu ildə Azərbaycanla İsrail arasında münasibətlər daha sürətlə inkişaf edəcək"

 

2019-cu ildə Azərbaycanla İsrail arasında münasibətlər daha sürətlə inkişaf edəcək.

 

Versus xəbər verir ki,  bunu STMEGI – Dağ yəhudilərinin informasiya portalına müsahibəsində “Azİz” Azərbaycan-İsrail beynəlxalq assosiasiyasının baş direktoru Lev Spivak deyib.

O qeyd edib ki, 2018-ci il hər iki ölkə üçün uğurlu olub:

“Ötən il iki vacib hadisə baş verdi. Mart ayında İsraildə Azərbaycan-İsrail hökumətlərarası komissiyasının birinci iclası keçirildi. İkincisi isə müdafiə naziri Aviqdor Libermanın Azərbaycana səfəri oldu”.

“Azİz”in gələcək planları barədə danışan L.Spivak bildirib ki, 2019-cu ildə tədbirlərin keçirilmə coğrafiyasını genişləndirmək planlaşdırılır:

“Bizim Rusiya və Almaniyada tədbirlərimiz var. Bunlar 20 yanvar və Xocalı faciələrinin ildönümü, eləcə də Novruz bayramı ilə bağlı əlaqədar olacaq. Bu il biz “Azİz”in üçüncü qurultayını keçirməyi planlaşdırırıq”.

Bundan başqa, L.Spivak əlavə edib ki, “Azİz” akademik, tarixçi və politoloqların iştirakı ilə tədbirlərin təşkilatçılığı üzrə daimi işə başlamağı planlaşdırır.

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI