"Bu məsələdə ABŞ-la sıx işləməyə dəyər"

18:37 21-05-2022 | icon 377 | Geopolitika
"Bu məsələdə ABŞ-la sıx işləməyə dəyər"

 

 

ABŞ Prezidenti Cozef Baydenin Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı məktubda bir neçə əsas nüans diqqət çəkir. Qeyd edək ki, orada ABŞ prezidentinin 30 il ərzində enerji mənbələrinin şaxələndirilməsi və beynəlxalq təhlükəsizlik sahələrində Azərbaycanla əməkdaşlığa verdiyi yüksək dəyərdən söz açılır.

 

Eləcə də, Azərbaycanın enerji resurslarının Avropa və dünya bazarlarının təhlükəsizliyinin təmin olunması və sabitləşdirilməsində önəmli rol oynamasına verilən mühüm əhəmiyyəti qeyd edilib.

 

Versus.az xəbər verir ki, politoloq Natiq Cəfərli bildirib ki, son dövrlər dünyada baş verən hadisələr, o cümlədən  Rusiya-Ukrayna müharibəsi, sanksiyalar enerji məsələsinin aktuallığının daha da artmasına səbəb olub.

 

İqtisadçı ekspert hesab edir ki, alternativ enerji məsələləri daha çox aktuallaşıb. Məhz bu kontekstdə Azərbaycanın  geosiyasi və enerji müstəvisində önəmi artıb.

 

“Çünki həcmi az olsa da, Azərbaycan Qərb, Avropa üçün əlavə qaz mənbələrindən biridir. ABŞ bu mənada həmişə Azərbaycanın iqtisadi, logistik layihələrinə dəstək göstərib.  Həqiqətən də son zamanlar Azərbaycanın enerji təhlükəsizliyi məsələlərində əhəmiyyəti artıb”.

Politoloq hesab edir ki, ABŞ, ümumiyyətlə digər qərb dövlətləri  Azərbaycan-Ermənistan münasibətlərinin tezliklə tənzimlənməsində də maraqlıdırlar.  Onun fikrincə, burda başqa bir önəmli faktor bundan ibarətdir ki, bu məsələlərdə Rusiya həddən artıq paya malikdir. 

“Yəni Rusiya moderatorluq funksiyasını tamamilə öz üzərinə götürüb. Ona görə də, ABŞ təşəbbüsü öz əlinə almağa, ən azından bu prosesdə daha yaxından iştirak etməyə çalışır. Bu nöqteyi-nəzərdən Azərbaycan-Ermənstan sərhədlərinin tənzimlənməsi, sərhəd məsələsinin həlli və digər məsələlərdə ABŞ-ın iştirakının artırılmasına çalışır.  Çünki Vaşinqtonun təsir imkanlarının artması Rusiyanın bölgədə neytrallaşdırılmasına səbəb ola biləcək  faktordur”.

N.Cəfərli bildirib ki, məsələyə qlobal baxanda bu, Rusiyanın bölgədə həddən artıq olan gücünü azaltmağa imkan yarada bilər.

“Bu Azərbaycan üçün də sərfəlidir. Çünki Rusiyanın təkbaşına qərarvermə mexanizminə malik olması Azərbaycanın da maraqlarına uyğun deyil. Ona görə, ABŞ-la bu məsələdə sıx işləməyə dəyər. Azərbaycan hökuməti həm Brüssellə, həm Vaşinqtonla daha sıx əməkdaşlıq şəraitində bu məsələlərin həllində onların yardımına, iştirakına çalışır. Müəyyən qədər Azərbaycanın dövlət maraqları çərçivəsində onların iştirakını təmin edir. Yəni, bu da doğru yanaşma, doğru istiqamətdir”.(hafta.az)

 

Versus.az

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI