"Qarabağdakı sülhməramlılar fürsət düşdükcə..."
Aydın Quliyev: “Rusiya sülhməramlıları Ermənistandan idarə olunan qanunsuz birləşmələrlə bir sırada görsənir”
“Qarabağın ərazisində qalan qanunsuz erməni silahlı birləşmələrinin hər hansı təxribatı törədib-törətməməyindən asılı olmayaraq, hələ də ərazilərimizdə qalmalarının özü belə bir təxribatdır. Üstəlik, Ermənistandan idarə olunan qanunsuz erməni silahlı dəstələrinin Şuşa ətrafında törətdiyi təxribatlar bizim üçün gözlənilməz hal deyil. Çünki 44 günlük müharibədən keçən 1 il yarım ərzində belə hallarla tez-tez rastlaşırıq”.
Versus.az xəbər verir ki, bunu siyasi şərhçi Aydın Quliyev Şuşa şəhəri yaxınlığında sülhməramlıların gözü qarşısında Azərbaycan yük maşınının hərəkətinə mane olan erməni separatçılarının təxribatlarını təhlil edərkən bildirib.
A.Quliyev hesab edir ki, Şuşa ətrafında törədilən təxribatda Rusiyanın silahlı qüvvələrinin də hansısa formada iştirakı, yaxud buna izn vermələri yeni bir hal deyil. Onun sözlərinə görə, 10 noyabrda imzalanmış üçtərəfli sazişin ruhuna zidd olaraq Qarabağdakı erməni silahlı qüvvələrinin tərksilah edilməsi Rusiya sülhməramlılarının birbaşa vazifəsi olsa da, bu günə qədər həmin vəzifəni icra etmirlər:
“Kremlin özündə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşmasına maniə cəhdləri var. Qarabağda sülh missiyası altında fəaliyyət göstərməli olan sülhməramlılar, fürsət düşdükcə, ardıcıl şəkildə müəyyən pozuculuğa yol verirlər. Bəllidir ki, bu gün Rusiya Qarabağda sülhyaratma əməliyyatında konkret bir missiya ilə iştirak etməlidir. Amma əksinə, "RİA Novosti" timsalında Rusiyanın dövlət agentliyi separatçı qurumun təmsilçisinin geniş bir müsahibəsini yayımlayır və bilir ki, həmin müsahibə çox kövrək olan normallaşma prosesi, sərhədlərin müəyyənləşməsinə dağıdıcı təsir göstərə bilər. Buna baxmayaraq Rusiyanın informasiya siyasətini müəyyənləşdirənlər bu təxribata gedirlər. Eyni zamanda nəzərə alsaq ki, son günlər Rusiya Dövlət Dumasının mötəbər şəxsi Konstansin Zatulin İrəvana gedrək “Arsax” adında qondarma qurumun keçmiş, indiki rəhbərləri ilə danışıqlar aparır. Bu faktların qarşısında Rusiya sülhməramlılarının Şuşa ətrafında baş verən təxribatlarda adının hallanması bizim üçün qeyri-adi ola bilməz”.
Bütün bunlarla yanaşı A.Quliyev hesab edir ki, Kreml hakimiyyəti özünün nə qədər ağır məsuliyyət altında olduğunu dərk etməli və Azərbaycanın Türkiyənin birgə səyləri ilə başlatmış olduğu çox kövrək sülh prosesinə sarsıdıcı zərbələr vurduğunun fərqində olmalıdırlar:
“Çünki nə qədər ki, informasiya sahəsində təxribatlar var. nə qədər ki , sərhədlərin müəyyənləşməsi, sülh sazişinin imzalanması üzrə danışıqlara fundamental şəkildə başlamaq mümkün olmur, belə vəziyyətdə hətta adi informasiyalar və bu cür təxribatlar proseslərə sarsıdıcı zərbə vurur. Ona görə də birinci növbədə Rusiya siyasi hakmiyyəti özünün məsuliyyətini dərk etməlidir. Ermənistan onsuz da sülh prosesində maraqlı deyil. Ermənistanda elə ideyalar ortaya qoyurlar ki, bütünlüklə danışıqlar prosesini pozmaq gücünü nümayiş etdirir. Məsuliyyət həm də Ermənistanın üzərindədir. Rusiya sülhməramlıları Ermənistandan idarə olunan qanunsuz birləşmələrlə bir sırada görsənir”. /hafta.az/
TAHİRƏ
Versus.az
Xəbər lenti
NATO-ya qarşı sərt ETİRAZ AKSİYALARI
Polis gözyaşardıcı qaz və güc metodları...