Smartfonda dəyişdirilməsi qadağan olan PARAMETRLƏR

08:50 09-06-2022 | icon 857 | Maraqlı
Smartfonda dəyişdirilməsi qadağan olan PARAMETRLƏR

IT sahəsində xüsusi biliyi olmayan istifadəçilər smartfonlarda tərtibatçı rejimindən istifadə etməsələr yaxşıdır. Bu, çox dar profilli proqram təminatına giriş imkanı verir.

 

Bu barədə Rusiyada IT texnologiyaları sahəsində ekspert Nikita Mokeyev smartfonlarda parametr dəyişikliyi ilə bağlı tövsiyələrində bildirib.

 

 

Mütəxəssisin sözlərinə görə, istifadəçi özü nəyisə dəyişdirərsə, qadcet tamamilə işləməyi dayandıra və ya nasazlaşa bilər.

 

“Eyni şey “Android” smartfonlarında root-hüquqlarından istifadəyə də aiddir. Xüsusi biliyi olmadan sistem fayllarını və tətbiqləri dəyişdirmək, yaxud silməklə əlavə “dəliklər”, viruslar əldə etmək, ümumiyyətlə sistemi işlək vəziyyətdən salmaq riski daşıyırsınız”, - deyə Mokeyev izah edib.

 

 

Ekspert həmçinin telefonun şəbəkə parametrlərində regionu dəyişməməyi məsləhət görür, çünki hər bir ölkənin öz rabitə standartları var.

 

 

Mokeyev son olaraq istifadəçinin istehsalçının tövsiyələrinə əməl etmək istəməməsini qınayıb və  əməliyyat sistemi, yaxud proqram tərtibatçıları tərəfindən təklif olunan yeniləmələri quraşdırmaqdan imtina etməməyə çağırıb.

 

“Əməliyyat sistemini yeniləməkdən imtina etmək qadceti zərərli proqramlara qarşı həssas edə bilər”, - deyə mütəxəssis xəbərdarlıq edib.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...