Prezidentlərin görüşündə gündəmdə duran MÖVZULAR

16:58 21-06-2022 | icon 354 | Siyasət
Prezidentlərin görüşündə gündəmdə duran MÖVZULAR

Özbəkistan, Bakı, Ankara strateji əməkdaşlığının 3-cü halqası

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikasına səfərə gedib. Prezidenti Özbəkistanın Baş naziri Abdulla Aripov və digər rəsmi şəxslər qarşılayıblar. Səfər xüsusilə dünyada baş verən son hadisələr - Rusiya-Ukrayna müharibəsi, dəyişən güc balansı, qida, su, və yanacaq böhranı, eyni zamanda türk birliyi istiqamətində atılacaq addımlar baxımından diqqət çəkir.

 

Ümumiyyətlə, Özbəkistan keçmiş Qarabağ münaqişəsində Azərbaycanın mövqeyini hər zaman dəstəkləyib. 2021-ci il martın 31-də Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının videokonfrans formatında keçirilmiş qeyri-formal zirvə görüşündə Özbəkistan Prezidenti Şövkət Mirziyayevin Azərbaycanı Qarabağın qaytarılması və tarixi ədalətin bərpa olunması münasibətilə təbrik edib. Həmin ilin noyabrında İstanbulda keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə görüşündə isə Özbəkistan Prezidenti Şövkət Mirziyayev Özbəkistanın vəsaiti hesabına Füzulidə böyük məktəb inşa ediləcəyini bildirib.

 

Prezidentin Özbəkistana səfəri zamanı Daşkənddə Heydər Əliyev Meydanının açılışının olması da rəsmi Daşkəndin Bakı ilə münasibətlərinin inkişaf etdirilməsində maraqlı olduğunu göstərir. Səfər zamanı 19 sənədin imzalanması nəzərdə tutulur.

 

Diqqətçəkən məqam isə bu səfərin 25 il əvvəl ümummilli lider Heydər Əliyevin Özbəkistana səfərinin tarixi ilə üst-üstə düşməsidir. Bu mənada İlham Əliyevin özbəkistanlı həmkarı Şövkət Mirziyayevlə keçmişdə imzalanan sənədlərin yeni reallıqlara uyğunlaşdırılması kontekstində müzakirə aparacağını deyə bilərik. Bakının Türküstana baxışı Prezidentlərin ikili görüşü zamanı 19 sənədin imzalanması gözlənilir.

 

Bununla belə gündəlikdə əsas üç məsələnin olduğunu düşünürəm. Hansı ki, həmin 3 məsələ rəsmi Bakı ilə Özbəkistanı həm də əməkdaşlığa sövq edir: Birincisi, Özbəkistan və Azərbaycanı bir-birinə yaxınlaşdıran ilk amil şübhəsiz ki, iqtisadi faktorlardır. 2021-ci ilin statistikasına görə, hazırda Özbəkistanın Azərbaycana ixrac etdiyi malların ümumi dəyəri 17 milyon manatdan çoxdur. Azərbaycan isə Özbəkistana cəmi 3 milyon manatdan çox mal ixrac edib. İmzalanacaq 19 sənəd arasında iki dövlət arasında idxal-ixrac balansının tənzimlənməsi və aradakı fərqin azaldılmasına dair sənədlər ola bilər. İkincisi, Özbəkistan təbii qaz istehsalına görə dünyada 14-cüdür. Rəsmi Daşkəndin Təbii qaz ehtiyatları 1,1 trilyon kubmetrdir. Özbəkistanın təsdiq edilmiş neft ehtiyatları isə 100 milyon tondur. Özbəkistan İqtisadi Araşdırmalar Mərkəzinin (CER) məlumatına görə, mövcud tendensiyaları və resurs istehlakı həcmlərini qoruyarkən, Özbəkistanda təbii qaz və kömür ehtiyatları yaxın 20-30 il davam edəcək, neft ehtiyatları isə praktiki olaraq mövcuddur. Daşkəndin zəngin neft və qaz ehtiyatlarına malik olması Bakı ilə Daşkəndi yaxınlaşdırır. Belə ki, rəsmi Bakı hazırda Avropaya neft və qaz nəqlinin artırılmasında maraqlıdır.

Mövcud TANAP və TAP layihələri ilə Avropaya qaz nəql edən Bakı mövcud qazın nəqlini artırmağa çalışır. Bu istiqamətdə isə Özbəkistan və Türkmənistan kimi ölkələrlə əməkdaşlıq xüsusi önəm kəsb edir. Hesab edirəm səfər zamanı ölkə başçısı ilə Özbəkistan prezidenti arasında Avropaya təbii qazın nəqli və bu istiqamətdə iki ölkə arasında əməkdaşlıq müzakirə edilə bilər. Üçüncüsü, Ankara və Bakı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının güclənməsi fonunda türk ölkələri ilə münasibətlərin təkcə ümumi deyil, həm də fərdi inkişafında maraqlıdır. Özbəkistan, Bakı, Ankara strateji əməkdaşlığının 3-cü halqasıdır. Hesab edirəm ölkə başçılarının görüşü zamanı bu məsələdə müzakirə ediləcək və Özbəkistanın təşkilata inteqrasiyası məsələsinə, eyni zamanda strateji əməkdaşlığa dair sənədlər imzalana bilər. Nəticə etibarilə Prezident İlham Əliyevin Özbəkistana səfəri iki tərəfli əlaqələrin inkişafına mühüm töhfə verməklə yanaşı, Türk dövlətləri birliyi təşkilatının inkişafina gətirib çıxaracaq.

 

Turan Rzayev
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI