Laçının boşaldılmasına nəzarəti birbaşa sülhməramlı kontingenti həyata keçirəcəksə...

18:54 09-08-2022 | icon 514 | Qarabağ
Laçının boşaldılmasına nəzarəti birbaşa sülhməramlı kontingenti həyata keçirəcəksə...

Rəşad Bayramov: “Cinayətlərin qarşısının alınmasına da nəzarət etməlidir

 

Azərbaycanın Laçın istiqamətində erməni hərbi təxribatlarına qarşı apardığı uğurlu əməliyyat artıq Ermənistanın sülhə, barışığa məcbur edilməsi istiqamətində yeni mühüm bir mərhələnin yetişdiyini ortaya qoyur. Revanşist erməni qüvvələrin Qarabağda öz mənfur iddialarından əl çəkmədiyinə baxmayaraq, öz ərazilərinin suverenliyini beynəlxalq hüququn normalarına uyğun olaraq təmizləyən Azərbaycan tərəfi Ermənistana və Rusiya sülhməramlılarının üçtərəfli sazişə uyğun olaraq öz öhtəliklərini yerinə yetirməsi üçün yeni imkanlar verir. Məlumdur ki, Azərbaycan ermənilərin Laçın dəhlizindən çıxarılması və silahlı ermənilərin əraziləri tərk etməsi üçün onlara avqustun 25-nə qədər vaxt tanıyıb. Buna baxmayaraq erməni separatçılar yenə də silahlanmadan, yenə də torpaqlarımızı yandırmaqdan danışır, torpağımızı işğaldan azad etmək əvəzinə, yalançı hay-küy qaldırmaqda davam edirlər. Bu müstəvidə Rusiya sülhməramlılarının, eləcə də regiondakı növbəti oyunçu olan Avropa İttifaqının da üzərinə məsuliyyt düşür.

 

Bu günlər yayılan məlumatlara görə sülhməramlı rəhbərlərinin erməni separatçıları ilə Xankəndində görüşləri keçirilib. Həmin görüşdə hansı detalların müzakirə olunduğu tam aydın olmasa da, həmin görüşlə bağlı yayılan fotoşəkillərdə Rus sülhməramlılarının ermənilərlə görüşündə masaya Azərbaycan,  Ermənistan, Rusiya bayraqlarının olması görüntüsü diqqət çəkib. Əgər bu, reallığı əks etdirirsə, nədən xəbər verir? Yaxud bu, Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması istiqamətində müşahidə olunan hansı dəyişikliyin nümunəsidir?

 

Bu istiqamətdə şərh verən politoloq Rəşad Bayramov sülhməramlıların Xankəndində erməni separatçıları ilə görüşündə masaya Azərbaycan bayrağının qoyulmasının həqiqət olmasını inandırıcı hesab etməyib.

 

Onun fikrincə, sülhməramlıların separatçılarla görüşdə masaya separatçıların deyil, Ermənistan , Rusiya və Azərbaycan bayraqlarının qoyulması fotomantaj ola bilər:

 

“Həmin görüşlə bağlı hər hansı vidogörüntülər yoxdur və bu mənada məsələyə həmin fotoşəkilin üzərindən deyil, daha çox ehtimallar əsasında yanaşmaq mümkündür.  

Əgər Rusiya sülhməramlılarının rəhbərliyi həqiqətən də Xankəndində separatı rejimin rəhbərliyi ilə görüşdə separatçı rejimin qondarma bayrağını deyil, Azərbaycanın bayrağını masaya gətiribsə, bu Azərbaycan tərəfinin Rusiya ilə apardığı danışıqların, sülhməramlıların fəaliyyətinə dair iradların müsbət məcrada inkişafı kimi dəyərləndirilə bilər. Eyni zamanda, bu onu deməyə əsas yarada bilər ki, Rusiya tərəfi indiyə qədər erməniləri dəstəkləyən fəaliyyətinə görə Azərbaycanın narazılıqlarından dərs çıxarıb və onun vasitəçiliyindən imtina ediləcəyini anlayıb, narahatdır”.

 

Politoloq bildirib ki, Ermənistan-Azərbaycan arasında gedən danışıqlarda digər oyunçu Avropa İttifaqıdır və Şarl Mişelin bəyanatına görə bu yaxınlarda Prezident İlham Əliyevlə Paşinyanın növbəti görüşü nəzərdə tutulur. O, hesab edir ki, ola bilər ki, Rusiya məhz indiki mərhələdə bu prosesdən kənarda qalmamaq üçün də özünə belə bir “protokol” tətbiq edə bilər.

 

R.Bayramov bütün hallarda bu gün Laçın istiqamətində gedən prosesləri dəyərləndirərkən Azərbaycanın maraqları müstəvisində müsbət irəliləyişlərə diqqət çəkib:

 

“Son erməni təxribatı nəticəsində Azərbaycanın əkscavab olaraq həyata keçirdiyi əməliyyat ermənilərin ağlını başına yığmaları üçün onlara bir imkan yaratdı. Emənilərin Laçın dəhlizi ətrafı, o cümlədən digər kəndləri boşaltmalı olduqlarını anlamaları müsbət haldır. Amma söhbət erməni xislətindən gedirsə, onların sona qədər necə davranacaqlarını söyləmək mümkün deyil.  Düzdür, həm Ermənistan rəhbərliyi, həm separatçı rejimin rəhbərliyi tərəfindən Laçında evlərin boşaldılması ilə bağlı çağırışlar var. Ayrı-ayrı erməni siyasətçilər evlərin  yandırılması ilə bağlı çağırışlar da ediblər. Ona görə də ermənilərin ərazilərimizi tərk edərkən indi yaşadıqları evləri, meşələri yandırmayacaqları, Kəlbəcərdə etdikləri kimi həmin ərazilərə çoxlu sayda minalar basdırmayacaqları da məlum deyil və hər hansı qarantiya da yoxdur”. 

 

Politoloq bu prosesdə Rusiyanın mövqeyində hər hansı dəyişiklik etməsini də istisna etməyib:

 

“Rusiya və vasitəçulik missiyası ilə çıxış eliyən Avropa İttifaqı başa düşür ki, əldə edilən razılaşmaların icrasını uzun müddət həyata keçirmədikcə bu cür hərbi toqquşmalar baş verəcək. Onu da anlayırlar ki, danışıqlar prosesində hər hansı bir irəliləyişə nail olunmaması  Azərbaycan tərəfinin istər Rusiya, istərsə də Avropa İttifaqının vasitəçiliyi ilə  həyata keçirilən danışıqlarda geri çəkilməsinə də gətirib çıxarda bilər. Əgər ortada  nəticə yoxdursa, yendən uzun-uzadı danışıqlar aparmağa da ehtiyac qalmır. Ona görə də Rusiya və Avropa İttifaqı indiyə qədər əldə olunan razılaşmalardan heç olmasa hansılarınsa həyata keçirilməsində qətiyyətli olacaqlar. Bu onların da maraqlarına xidmət eləyir.

Rusiya bir tərəfdən Avropa İttifaqının vasitəçiliyi ilə aparılan danışıqlarda əldə olunan razılaşmalara özünün proseslərdən kənarlaşdırılması və nəticə etibarilə Cənubi Qafqazda təsir imkanlarını itirməsi kontekstindən baxır, eyni zamanda Avropa İttifaqı da başa düşür ki, hazırda onun vasitəçiliyi ilə danışıqlar ona görə baş tutur ki, son iki il ərzində Rusiyanın vasitəçiliyi ilə aparılan danışıqlarda hər hansı irəliləyişə nail olunmayıb”. 

 

Politoloq hesab edir ki, Avropa İttifaqı bu məqamdan istifadə edərək konkret müsbət addımların atılmasında maraqlı olacaq:

 

“İndiki mərhələdə “top” Ermənistan tərəfdədir. Çünki Azərbaycan ermənilərin avqustun 25-nə qədər ərazilərimzidən çıxarılması ilə bağlı öz sözünü, bəyanatını verib. Bu müddət ərzində ermənilər həmin əraziləri boşaldacaqlarsa lap yaxşı, boşaltmayacaqlarsa bu, növbəti hərbi əməliyyatların keçirilməsi üçün Azərbaycana növbəti imkan vermiş olacaq. Önəmli məqam odur ki, Azərbaycan erməni xəstəliyini yaxşı bilir, bundan əvvəlki təcrübədə onu  göstərir ki, bu millət Laçında da minaların basdırılması, evlərin yandırılması ilə bağlı konkret əməllər törədə bilər. Ona görə də məsələ həmin ərazilərə nəzarət eliyən Rusiya sülhməramlıları ilə ciddi şəkildə müzakirə olunmalıdır. Yəni Laçının boşaldılmasına nəzarəti birbaşa sülhməramlı kontingenti həyata keçirəcəksə cinayətlərin qarşısının alınmasına da nəzarət etməlidir. Əks halda baş verə biləcək erməni cinayətlərinin məsuliyyəti sülhməramlıların üzərində qalacaq”.

 

R.Bayramov hesab edir ki, bu məslədə sülhməramlılara ciddi xəbərdarlıqların edilməsinə ehtiyac var.  Onun fikrincə, yalnız bu xəbərdarlıqlarla müəyyən nəticələrə gəlmək olar.

 

Politoloq bildirib ki, burda söhbət təkcə üçtərəfli bəyanatın 6-çı maddəsinin -Laçın dəhlizinə paralel alternativ yolun çəkilməsi ilə bağlı işin yerinə yetirilməsindən getmir.  Həm də erməni silahlılarının çıxarılmasını ehtiva edən 4-cü bəndin də üzərində israrlı şəkildə dayanmaq lazımdır:

 

“Qeyd etdiyim kimi, Şarl Mişal tərəflərin 4-cü dəfə Brüsseldə görüşəcəyinin anonsunu verib.  İndidən üçtərəfli sazişdə yer alan 4-cü bəndin  yerinə yetirilməsi ilə bağlı məsələ həm beynəlxalq təşkilatlar, həm vasitəçilik missiyasını həyata keçirdən Avropa İttifaqı, həm də bölgədə sülhün təminatının qarantı rolunda çıxış eliyən Rusiyanın qarşısında bir tələb kimi qoyulmalıdır. Tələb ondan ibarət olmalıdır ki, ermənilərin ərazilərimizdən öz silahlı birləşmələrini çıxarması ilə bağlı dərhal təzyiqlər edilsin və konkret müddət qoyulsun.  Ancaq bu halda regionda mövcud olan gərginliyin aradan qaldırılmasına nail olmaq olar.  Ancaq bu halda sonrakı mərhələdə sərhədlərin delimitasiya, demorkasiyası, Zəngəzur dəhlizlərin açılması, kommunikasiyaların bərpası  ilə bağlı işlərin həyata keçirilməsi mümkün ola bilər. Əks halda bu məsələlərin heç biri həllini tapmayacaq.

 

T.Qafarlı
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək