Bərdədə cinsi zorakılığa məruz qalan qızın anası CƏZA İSTƏYİR

11:25 30-08-2022 | icon 688 | Hadisə
Bərdədə cinsi zorakılığa məruz qalan qızın anası CƏZA İSTƏYİR

Bərdə rayonunda yetkinlik yaşına çatmayan qızın cinsi zorakılığa məruz qalmasına görə, anası günahkarların cəzalandırılmasını istəyir.

 

O bu barədə videomüraciət yayıb.

 

Ana qızına bu cür hərəkət edənlərin cəzasız qalmamasını istəyir:

 

“Hadisə olan zaman qızım hazırlıqdan gəlirdi. Mən özüm günü beş manata sahələrdə muzdlu işləyirəm ki, uşağımı böyüdüm. Mən uşaq böyütməmişəm ki, kimlərsə onu aparıb zorlasın. Xahiş edirəm ki, bu işdə günahkarlar öz cəzalarını alsınlar”.

 

 

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı Oxu.Az-a bildirib ki, Bərdə rayonunda yeniyetmə qıza qarşı seksual xarakterli hərəkətlər edən üç nəfər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib, bir nəfər yeniyetmə isə valideyn nəzarətinə verilib.

 

Xatırladaq ki, Bərdədə dörd nəfər 14 yaşlı qızla cinsi əlaqədə olub və videosunu çəkərək kənd sakinləri arasında yayıb.

 

Bərdə rayon sakinləri yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi zorakılıq edənlərin Kətəlparaq kəndini tərk etmələrini tələb ediblər.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Şou-biznesin yaradıcısı - 38 il

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...