ALDP-dən erməni təxribatı ilə bağlı BƏYANAT

10:32 19-09-2022 | icon 406 | Siyasət
ALDP-dən erməni təxribatı ilə bağlı BƏYANAT

"Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür"

 

Azərbaycan Liberal Demokrat Partiyasının (ALDP) Sədr Aparatı Bəyanat qəbul edib.

 

Versus.Az xəbər verir ki, Bəyanatda deyilir:

 

"ABŞ Konqresin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Ermənistana səfər edərkən, açıq-aşkar ermənipərəst mövqeyini göstərdi. Bu da, təbii olaraq, Azərbaycan ictimayyətində haqlı narazılıq yaradıb.

 

ALDP hesab edir ki, Nensi Pelosi Konqresin Nümayəndələr Palatasının spikeri olduğuna görə, bu onun şəxsi işidir demək olmaz. Onun bu səfəri Azərbaycan-ABŞ münasibətlərinə xələl gətirən bir səfərdir.

 

ALDP hesab edir ki, “ədalətdən” danışan, amma əslində ədaləti görmək istəməyən, xanım Pelosi 30 ilə yaxın davam edən işğalı, yüz minlərlə azərbaycanlının etnik təmizlənməsinə göz yumub.

 

ALDP hesab edir ki, xanım Pelosinin Ermənistanda Azərbaycana və Türkiyəyə qarşı qərəzli mövqeyi, verdiyi bəyanatlar bölgədə sülhün bərqərar olmasına xidmət etmir.

 

ALDP bir daha bəyan edir ki, bölgədə vəziyyətin gərginləşdirilməsi və genişmiqyaslı təxribatın törədilməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür".

 

SEVDA
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA