Yığmamız ilk “beşlik”də yer alıb


Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsində ən çox top qazanan komandaların siyahısında yer alıb.
Versus.Az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu milli altı görüşdə 248 dəfə buna müvəffəq olub.
Komanda bu göstəriciyə görə dördüncü pillədə qərarlaşıb. Fransa (260) birinci, Avstriya (257) ikinci, Danimarka (251) isə üçüncüdür. İlk “beşliy”i Moldova (245) qapayır.
Qeyd edək ki, Azərbaycan yığması ötən gün qrup mərhələsinin sonuncu turunda Bakıda Qazaxıstan seçməsini üç cavabsız qolla məğlub edib.
Xəbər lenti

"Xankəndidə Qarabağ Universitetinin yaradılması sübut edir ki..."
“Qarabağ Universiteti müsəlman aləminin ən aparıcı universitetlərindən olacaq”