Gənclər Fondundan bu tələbələrin təhsil xərclərinin qarşılanması üzrə növbəti MÜSABİQƏ

12:16 04-10-2022 | icon 387 | Təhsil
Gənclər Fondundan bu tələbələrin təhsil xərclərinin qarşılanması üzrə növbəti MÜSABİQƏ

Azərbaycan Respublikasının Gənclər Fondu sosial həssas əhali kateqoriyalarına aid olan istedadlı gənclərin təhsil xərclərinin qarşılanması üzrə növbəti müsabiqəni elan edir.

 

Müsabiqənin əsas məqsədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq tapşırığına əsasən təhsilin gənclər üçün daha da əlçatan edilməsi və insan kapitalının inkişafına dəstəyin göstərilməsindən ibarətdir.

 

Müsabiqə qaliblərinin 2021-2022-ci və ya 2022-2023-cü tədris illəri üzrə təhsil haqqı xərclərinin qarşılanması nəzərdə tutulur. Qeyd edilən müsabiqəyə 40 dövlət ali təhsil (filialları da daxil olmaqla) və 46 dövlət orta ixtisas təhsili müəssisəsinin əyani və qiyabi təhsilalma formaları üzrə bakalavr və magistr təhsili alan tələbələri müraciət edə bilərlər.

 

Qiymətləndirmə zamanı müraciət edənin davamiyyət və akademik göstəriciləri, yerli və beynəlxalq miqyasda əldə etdikləri nailiyyətlər, sosial həssaslıq dərəcəsi və ictimai fəallığı əsas meyar olaraq götürüləcək. Şəhid və qazi övladlarının təhsilinin davamlılığına dəstəyin göstərilməsi müsabiqənin əsas prioritetləri sırasında olacaq. Bununla yanaşı, seçim zamanı ali təhsil müəssisələrinin və müvafiq Tələbə Gənclər Təşkilatlarının rəyləri nəzərə alınacaq.

 

Qeyd edək ki, Gənclər Fondu tərəfindən analoji müsabiqələr 2018-ci, 2019-cu və 2020-ci illərdə təşkil edilib və qalib olmuş 1190 tələbənin təhsil xərcləri ötən müddət ərzində qarşılanıb.

 

Müsabiqədə iştirak etmək istəyən gənclər Fondun rəsmi internet səhifəsi (www.youthfoundation.az) və “GəncAPP” mobil tətbiqi vasitəsilə qeydiyyatdan keçərək elektron xidmətlər bölməsində yerləşdirilmiş müvafiq ərizə formasını doldurub sayt üzərindən Fonda göndərməlidirlər.

 

Son müraciət tarixi: 1 noyabr 2022-ci il, saat 18:00.

 

Nəticələr barədə məlumat Fondun rəsmi internet səhifəsində və “GəncAPP” mobil tətbiqində yerləşdiriləcək.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA