"Bu, Makronun vasitəçilik missiyasına da bir zərbədir"

10:14 14-10-2022 | icon 272 | Siyasət
"Bu, Makronun vasitəçilik missiyasına da bir zərbədir"

"...Əks halda Ermənistan daha ciddi itkilərə məruz qala bilər”

 

 Fransa Prezidenti Emmanuel Makronun müsahibəsində işğalçı Ermənistanı dəstəkləyən sözləri Avropanın ikilistandartlı üzünü bir daha göstərdi. Avropanın ən böyük dövlətinin işğalçını dəstəkləməsi, törətdiyi cinayətlərə səssiz qalması və işğala məruz qalan tərəfi ittihamlamaqla münaqişənin tənzimlənməsində vasitəçi kimi çıxış etməsini nə dərəcədə mümkün edə bilər?

 

 

“Makron sübut etdi ki, Azərbaycan ATƏT-in Minsk Qrupundan imtina etməkdə haqlıdır”

 

Versus.az xəbər verir ki, bu istiqamətdə açıqlama verən Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Mətin Məmmədli bildirib ki, Makronun dünən verdiyi müsahibədə səsləndirdiyi fikirlər tamamilə qərəzlidir. 

 

O, xüsusilə Ermənistanın sülhpərvər dövlət kimi təqdim edilməsi, Qarabağın mübahisəli ərazi olması ilə bağlı fikirləri, o cümlədən son sərhəd toqquşmalarında son illərdə Rusiyanın Azərbaycanı müdafiə etməsi ilə bağlı fikirləri tamamilə əsassız, heç bir məntiqə söykənmədiyini önə çəkib:

 

“Təbii ki, Fransa prezidentinin bu mövqeyi, Ermənistan-Azərbaycan arasında davam edən, son Praqa görüşlərindən sonra yeni bir sülh müqaviləsinin imzalanacağı ilə bağlı gözlənilən prosesə zərbədir. Bu prosesdə Avropa İttifaqı vasitəçilik edir. O cümlədən  son Praqa görüşündə Fransa prezidenti də vasitəçi kimi görüşdə iştirak etmişdi. Təbii ki, bu Makronun özünün götürdüyü vasitəçilik missiyasına da bir zərbədir, bütövükdə sülh prisesinə əngəldir. Fransa prezidentinin bu mövqeyi  həm də onu sübut edir ki, Azərbaycan haqlı olaraq ATƏT-in Minsk Qrupunun bərpa edilməsindən imtina edib. Təsəvvür edin, belə qərəzli düşüncədə olan həmsədr kimi necə vasitəçi ola bilər. Fransa 1997-ci ildən ATƏT-in Minsk Qrupunun həmsədridir və bu qurumun səmərəsiz fəaliyyəti məhz Fransa prezidenti kimi düşüncədə olanlarla bağlıdır. Təbii ki, Fransa prezidenti bu müsahibəsi ilə Azərbaycan-Fransa arasında münasibətlərə ciddi zərər yetirmək potensialındadır”.

 

 

“Fransa Cənubi Qafqazda təsir imkanına malik deyil”

 

Politoloq Əhəd Məmmədli bildirib ki, Fransa Ermənistanla unikal əlaqələrinin olduğunu deyir və bu bizim üçün yeni xəbər deyil.

 

Onun fikrincə, Fransanın Ermənistanla bu əlaqələrdə olması o demək deyil ki, Azərbaycan öz haqqından vaz keçəcək:

 

“Yaxud, Fransa Ermənistanı tək qoymayıb nə edəcək?!. Azərbaycan ordusu irəlilləyir. Azərbayacnın ordusunun qarşısını Makronun bu çıxışları ala bilməz. Olsa-olsa erməniləri belə çıxışlarla rahatlada bilər. Digər tərəfdən Fransa regionda o gücdə deyil ki, Azərbaycanın qarşısını alsın. Fransa gözəl bilir ki, Azərbaycan tək deyil, onun yanında Türkiyə kimi qadaş dövlət və analoqu olmayan müttəfiqliyimiz var.  ona görə də Makronun bu sözləri, söz olaraq qalacaq”.

 

Ə.Məmmədli bəyan edib ki, bu gün Fransa Cənubi Qafqazda təsir imkanına malik deyil:

 

“Cənubi Qafqazda iki ölkə təsir imkanına malikdir, biri Türkiyədir, biri Rusiyadır. Və Cənubi Qafqazın gələcək konfiqurasiyasını Rusiya ilə Türkiyə müəyyənləşdirəcək. Və  Fransa, Amerika bəyanatlardan o yana gedə bilməyəcəklər. Necə ki, Brüsseldə Paşinyana demişdilər ki, Türkiyənin müttəfiqi Azərbaycanla dil tapsınlar, sonda reallıqla da razılaşmağa məcbur olacaqlar. Yəni Avropada Türkiyənin hansı gücə malik olmasını və Türkiyənin Azərbaycanın yanında olmasını qəbul edirlər. Ona görə də yaxşı olar ki, o reallıqla barışsınlar, əks halda Ermənistan daha ciddi itkilərə məruz qala bilər”. /hafta.az/

 

LƏMAN
Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

MHB parlament seçkilərinə hazırlıqlara BAŞLADI

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA