Müslüm Maqomayev – 80
Oktyabrın 25-də Heydər Əliyev Sarayında görkəmli opera və estrada ifaçısı Müslüm Maqomayevə həsr olunmuş möhtəşəm konsert keçirilib.
Versus.Az xəbər verir ki, Azərbaycan SSR əməkdar artisti (1964), "Qırmızı əmək bayrağı" ordeni (1971), Azərbaycan SSR xalq artisti — 29.04.1971[14], SSRİ xalq artisti (1973),"Xalqlar Dostluğu" ordeni (1980),"Şöhrət" ordeni (1997),"Şərəf" ordeni (Rusiya) (26 dekabr 2002)[15,"İstiqlal" ordeni (2002) kimi orden və titulların sahibi olan Müslüm Məhəmməd oğlu Maqomayev, yaxud da "Sovet Sinatrası" ləqəbi ilə tanınan ifaçı dünyada ikonik bir status qazanmışdır.
Avqustun 17-də Yaşıl Teatr Bakı Konsert Kompleksində Müslüm Maqomayevin 80 illiyinə həsr olunmuş konsertin davamı olaraq, Heydər Əliyev Sarayında Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Heydər Əliyev Sarayı tərəfindən müğənninin vəfatı gününə təşkil olunmuş konserti Azərbaycanın mədəniyyət naziri Anar Kərimov açaraq, dahi ifaçının həyat və möhtəşəm yaradıcılığını vurğuladı. Arxada, böyük ekranda rejissor Tofiq İsmayılovun çəkdiyi “Oxuyur Müslüm Maqomayev” film-konsertindən, müğənninin çəkildiyi filmlərdən farqmentlər, müsahibələri nümayiş olunurdu.
Gecədə M.Maqomayevin üşaqlıq dostları olan Azərbaycanın xalq rəssamı, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilov, rejissor, ssenarist və prodüsser Oqtay Mirqasımov, Azərbaycanın xalq artisti Fərhad Bədəlbəyli isə video-çarx vasitəsi ilə Müslümlə bağlı xatirələrini bölüşdülər. Ulu öndər heydər Əliyevin xatirələri və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin M.Maqomayev haqqında dediyi xoş sözləri də video-çarx vasitəsi ilə tamaşaçılara çatdırıldı.
Konsertdə çıxış edən respublikanın xalq artistləri Fidan hacıyeva, Tünzalə Ağayeva, Samir Cəfərov, Faiq Ağayev, Azər Zeynalov, gənc ifaçılar Vagif Nağıyev, Elnarə Məmmədova, Rauf Məmmədzadəni (pianoda Faiq Sücəddinov) Üzeyir Hacıbəyli adına Dövlət Simfonik Orkestri müşaiyyət edirdi. Xalq artisti Miri Yusif “İthaf” mahnısını ifa etdi.
Pianoçu Nizami Əliyev M.Maqomayevin ifa etdiyi əsərlərdən ibarət popuri səsləndirdi. Adıgey Respublikasının əməkdar artisti, Kabardin-Balkar Respublikasının əməkdar artisti, Qaraçay-Çərkəz Respublikasının əməkdar artisti, Çeçenstan Respublikasının xalq artisti Astemir Apanasov isə M.Maqomayeva həsr etdiyi çıxışı ilə tamaşaçıları özünə məftun etdi.
Azərbaycanın xalq artisti Emin Ağalov isə M.Maqomayevlə bağlı öz uşaqlıq illərinin xatirəsini bölüşərək, nəhəng ifaçının onun sənət həyatında olan hədsiz rolunu vurğuladı və ustadının repertuarından mahnılar ifa etdi. Finalda isə Azərbaycanın xalq artistləri Azər Zeynalov, Fidan Hacıyeva, Samir Cəfərov “AZƏRBAYCAN” əsərini ifa etdilər. Dahi Müslüm Maqomayev öz pərəstişkarları tərəfindən belə yad olundu.
Ayəndə Dadaşova
Versus.Az
Ayəndə dadaşova
Versus.Az
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"