Regionda yeni MÜHARİBƏ RİSKİ

14:55 06-01-2023 | icon 763 | Gündəm
Regionda yeni MÜHARİBƏ RİSKİ

 Təhrikçi dövlətlər və siyasi amillər

 

 

VÜQAR DADAŞOV
/Qarabağ qazisi, hüquqşünas, MCP SŞ-nın üzvü/

 

Ermənistanla yeni müharibə riski artmaqda davam edir. Hal-hazırda Ermənistan Azərbaycan arasında mümkün müharibədə bir çox maraqlı tərəflər var. Böyük güclərin və beynəlxalq siyasi proseslərin yaratdığı vəziyyətə paralel olaraq həm Ermənistanda və həm də Qarabağda separatçı rejimin öz marağı aydın görünür. Sonuncunun marağı əslində Vardanyan sonra yerli hakim klan nümayəndələrin "oyundan" kənar saxlanması ilə bağlıdır. Bu çəkişmədə Moskvanı təmsil edən Araik Aratyunyan və Ruben Vardanyan bir tərəfdir, qarşı tərəf isə Vitali Balasanyan və Nikol Paşinyan hakimiyyətidir. Vardanyan Moskva proyekti kimi Xankəndi və ətraf ərazilərdə mümkün uğurlu nəticələri ilə Ermənistana transferi Paşinyan hakimiyyəti üçün real təhlükə yarada bilər.

 
 
Xankəndində Vardanyana qədər hakimiyyət faktiki olaraq Aratyunyan və Balasanyan arasında bölüşdürülmüşdü. Balasanyanın Xankəndində real idarəçilikdən kənarlaşdırılması və Vardanyanın Ermənistana transfer ehtimalı, bu tərəflərin ağır nəticələr yaratsa da yeni müharibə ilə hazırki vəziyyət dəyişə biləcəyini mümkün edir. Paşinyan hakimiyyəti Ermənistanla Azərbaycan arasında mümkün sülh müqaviləsinin imzalanmasından yayınma səbəblərindən biri də məhz budur. Sözsüz ki, Paşinyanın Azərbaycanla sülh müqaviləsi imzalayacağı təqdirdə ona basqınların artacağı şübhəsizdir. Sülh müqaviləsi ilə Qarabağdan rəsmən imtina paşinyanın xəyanəti kimi təqdim edilməsi onun hakimiyyəti üçün çətin sınaq ola bilər. Təbii ki, Rusiyanın Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinə qarşı çıxmaması Rusiyanın bir neçə istiqamətdə maraqlarını təmin edir. Rusiyanın Ukrayna təcavüzünün yaratdığı siyasi və iqtisadi vəziyyətdə Türkiyə və Azərbaycanla münasibətlərini qorunması, Ermənistanda Paşinyan hakimiyyətinin devrilməsi və Ermənistanın Qərbə inteqrasiyadan döndərmək Rusiyanın şübhəsiz dövlət maraqlarıdı.
 
 
O ki, qaldı Qarabağa, bəli, Rusiyanın Xankəndi və ətraf ərazilərlə bağlı məkrli planları var və bu ərazilərin Azərbaycanın yurisdiksiyasına qaytarılması fikrində deyil. Məhz buna görədə Rusiya Azərbaycana təsir imkanlarını qorumaq üçün ayrıca olaraq sülhməramləları yerləşdiyi ərazilərə "stavka" edib. Rus icması, rus dili, rus vətəndaşlığı kimi əməllər Rusiyanın Azəbaycanın bu ərazilərində ən azı indi vəziyyəti dəyişməz saxlamaq istəyinin göstəricisidir.
 
 
Regionda yeni müharibə təbii ki, Tehran dövlətinin maraqlarına da uyğundur. Azərbaycanın daimi Ermənistanla müharibə vəziyyətində, gərgin münasibətdə qalması Şimali Azərbaycanın digər strateji hədəflərinə köklənməsinə mane olan amildir. Sözsüz ki, rəsmi Tehran yeni müharibənin baş tutması üçün fəaliyyətini artırıb.
 
 
Fransanın, Makronun Azərbaycan prezidenti cənab İlham Əliyev tərəfindən proseslərdən, vasitəçilikdən uzaqlaşdırılması və BMT - də Azərbaycana qarşı siyasi-diplomatik məğlubiyyəti Fransanın Azərbaycana qarşı ənənəvi düşmənçilik siyasətini davam etdirəcəyinə, gücləndirəcəyinə şübhə yaratmır. Proseslərdən biabırçı kənarlaşdıran Fransanın Azərbaycana, proseslərə müdaxiləsi, ancaq yeni müharibə ilə mümkün ola bilər.
Proseslərin qısa analizi göstərir ki, Ermənistan və Azərbaycan arasında yeni müharibə ehtimalı çox yüksəkdir və buna maraqlı tərəflər daha çoxdur hansı ki, Ermənistana və xüsusən də Paşinyan hakimiyyəti bu tərəflərin təsir dairəsindədir. Yeri gəlmişkən ABŞ və dünyanın əksər aparıcı dövlətlərin beyin mərkəzləri, siyasətçiləri regionda yeni müharibə riskinin günbə-gün artdığını qeyd edir. Sözsüz ki, Ermənistanla Azərbaycan arasında yeni müharibə ehtimalı çox yüksəkdir, ancaq forması və müddəti barədə konkret fikir söyləmək mümkün deyil. Onu da qeyd etmək lazımdır ki, yeni müharibənin qarşısını almaq üçün hələ də imkanlar var və bu imkanlardan istifadə isə Paşinyan hakimiyyətinin siyasi iradəsindən asılıdır.
 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Klipi üçün 10 kilo çəki atdı

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI