Türkiyədə təhsil almaq istəyən tələbələr imtahan verdi

18:27 16-01-2023 | icon 496 | Təhsil
Türkiyədə təhsil almaq istəyən tələbələr imtahan verdi

2023-cü ilin ilk Türkcə Yetərlik İmtahanı baş tutub. Bakı Yunus Əmrə İnstitutu tərəfindən təşkil olunan imtahan 36 ölkədə təşkil edilib.

 

Versus.Az xəbər verir ki, bu barədə Bakı Yunus Əmrə İnstitutunun direktoru Səlçuk Karakılıç məlumat verib.

 

 

Onun sözlərinə görə, bu ilin ilk Türkcə Yetərlik İmtahanına 500 azərbaycanlı rekord sayda qatılıb:

“İmtananda Türkiyə universitetlərində təhsil almaq istəyənlər, bu ölkədə iş qurmaq və ya işləmək istəyənlər qatılıb. Qlobal keçərliliyə sahib Türkcə Yetərlilik İmtahanı hər il 40 ölkədə keçirilir və hər il rekord sayda azərbaycanlı tələbə iştirak edir. Bu onu göstərir ki, azərbaycanlı gənclər Türkiyədə təhsil almaq istəyirlər və onlar daha çox Türkiyəyə üstünlük verirlər. Mühəndislik, tibb, hüquq, iqtisadiyyat və beynəlxalq münasibətlər ixtisaslarını seçən azərbaycanlı gənclər Türkiyə ilə Azərbaycan arasında könül və peşə körpüsü qurur. Bu, Azərbaycanın akademik və texniki infrastrukturunun güclənməsinə və zehni biliyin inkişafına, həmçinin Türkiyə ilə strateji əməkdaşlığın artmasına töhfə verir”.

 

Türkcə Yetərlik İmtahanında müvəffəqiyyət qazanan tələbələr böyük üstünlüklər əldə edirlər. Bunlardan biri də qardaş ölkədə bir il dil hazırlıq kurslarında iştirak etmədən və əlavə xərc çəkmədən istədikləri ixtisasları yaza bilmələridir. Bu, tələbələrimizə və onların ailələrinə həm vaxt, həm də pul baxımından imkanlar verir.

Türkiyədə və ya Azərbaycanda beynəlxalq səviyyədə fəaliyyət göstərən şirkətlərdə işləmək istəyənlərə, türk dilini öyrətmək istəyən müəllim namizədlərə və tərcüməçi kimi işləmək arzusunda olanlara da böyük üstünlük qazandırır.

Türkcə Yetərlik Sertifikatı ALTE Keyfiyyət Nişanını (Q-mark) alaraq türk dilinin ilk və yeganə beynəlxalq səviyyəli dil biliyi sertifikatıdır. Bu sizə dünyanın istənilən ölkəsində Türkiyə universitetlərində rahat şəkildə təhsil almaq imkanı verir.

 

Türkcə Yetərlik İmtahanı (TYS) nədir?

Türk dilini xarici dil və ya ana dili kimi öyrənən şəxslərin dil biliklərini müəyyənləşdirilməsi üçün beynəlxalq miqyasda tətbiq olunan dil imtahanıdır.

 

Türkcə Yetərlik İmtahanına kimlər girə bilər?

Xarici dil olaraq türkcə öyrənənlər, Türkiyədəki universitetlərə müraciət etmək və qəbul olmaq məqsədiylə türkcə dil biliklərini sənədləşdirmək istəyən tələbələr, xaricdə müxtəlif təşkilatlarda türkcə öyrətmək istəyən müəllim namizədləri, bu dildə biliklərini sənədləşdirmək arzusunda olan tərcüməçilər, qısacası türkcə dil biliyini ölçmək istəyən hər kəs TYS’yə girə bilər.

 

Türkcə Yetərlik İmtahanına nə üçün girməliyəm?

Türkcə Yetərlik İmtahanı, türkcə dil biliklərinizi ölçən və sənədləşdirən bir imtahandır. Bu imtahanda müvəffəqiyyətli olduğunuz təqdirdə Türkiyədəki universitetlərdə dil hazırlıq kursundan azad ola, bir çox iş görüşməsində, dil testlərinə girmədən türkcə biliklərinizi sübut edə və akademik karyera məqsədiniz üçün istifadə edə bilərsiniz.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI