Qərbi Azərbaycana qayıdışla bağlı çoxlu təklif var

11:25 23-01-2023 | icon 96 | Gündəm
Qərbi Azərbaycana qayıdışla bağlı çoxlu təklif var

Qayıdış Konsepsiyası layihəsi ilə bağlı Qərbi Azərbaycan İcmasının təqdim etdiyi e-mail ünvana çox sayda təkliflər göndərilib.

 

Versus.Az xəbər veriri ki, bunu İcmanın mətbuat katibi Ülviyyə Zülfiqar bildirib.

 

İcma tərəfindən ictimaiyyətdən təkliflərin qəbul olunması üçün xüsusi e-mail ünvan yaradılaraq yanvarın 21-i saat 18:00-dək təkliflərin qəbul olunacağı bildirilmişdi.

 

Mətbuat katibi deyib ki, e-mail ünvana gələn təkliflər alimlər, mütəxəssislər, ictimaiyyət nümayəndələri və xarici ekspertlər tərəfindən göndərilib:

 

“Təkliflərin hər biri qeydə alınıb. Aralarında işimizə çox faydalı olacaq fikirlərin yer aldığı təkliflər var ki, bunun da Konsepsiya layihəsinin hazırlanması prosesində çox yararlı olacağını düşünürük. Bundan başqa, İcmada artıq bir neçə dəfə Qayıdış Konsepsiyası layihəsinə təkliflərlə bağlı idarə heyəti, ziyalılar, elm adamları ilə görüşlər keçirilərək dinləmələr aparılıb. Konsepsiya qəbul edildikdən sonra İcma fəaliyyətini bu sənəd üzərindən quraraq işinə davam edəcək".

 

Qeyd edək ki, “Qərbi Azərbaycan İcması” “Qayıdış konsepsiyası” ilə bağlı ictimaiyyətə müraciət edib.

 

Müraciətdə deyilir ki, “Qərbi Azərbaycan İcması” indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların beynəlxalq konvensiyalarda əks olunan geriyə qayıtmaq hüququ əsasında, sülh yolu ilə öz evlərinə qayıdışına dair konsepsiya (“Qayıdış konsepsiyası”) layihəsi üzərində işini davam etdirir:

 

"Geniş ictimaiyyət bu məsələyə yaxından maraq göstərir. Alimlər, mütəxəssislər, sadə vətəndaşlar İcma ilə əlaqə saxlayaraq konsepsiyaya dair öz düşüncə və təkliflərini təqdim edirlər. Daxil olan ideya və təkliflər layihənin hazırlanması işində faydalı olmuşdur. Bununla əlaqədar olaraq, İcma geniş ictimaiyyətə müraciət edərək, “Qayıdış Konsepsiyası”nın layihəsinə dair təkliflərini təqdim etməyə çağırır. Təkliflər 21.01.2023 tarixi, saat 18:00-dək [email protected] elektron poçtu ünvanına təqdim edilə bilər. Beynəlxalq ümumi hüquq, humanitar hüquq, insan hüquqları, post-münaqişə dövründə reabilitasiya və re-inteqrasiya, qaçqınların hüquqları kimi mövzularda ixtisaslaşmış mütəxəssislərin rəy və təkliflərinə xüsusilə böyük ehtiyac vardır. Təkliflər Azərbaycan, ingilis, rus, fransız və ya alman dillərinin birində təqdim edilə bilər".

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Sahil Babayev DOST mərkəzinin bağlanmasını Prezidentdən NİYƏ GİZLƏDİR?

MCP-dən İLİN YEKUNLARI

Qırmızı qurd eşənəyi - hər xəstədə fərqlidir

Həqiqətdən uzaq, saxta məlumatlara əsaslanan QƏTNAMƏ

Qidalara qatılan bu maddə diabet əmələ gətirir

Deputat etiraz etdi

Türkiyədə təhsil almaq istəyənlərin NƏZƏRİNƏ

“Sevda mecburi istikamet”in qala gecəsi baş tutub

“Toppuş bacı” haqqında maraqlı faktlar

Azərbaycana qarşı məkrli, maraqlı ölkələr

Çürük dişlərin yaratdığı bəla

Mələyin heykəli oğrulardan “qisasını aldı”

Xərçəngdən ən yaxşı qoruyan meyvə

Daha üç qadın jurnalist saxlanıldı

Pensiyalar 15 faiz artacaq