700 bal toplayan Nigar DANIŞDI

15:21 03-03-2023 | icon 605 | Təhsil
700 bal toplayan Nigar DANIŞDI

“Peşman deyiləm, yaxşı ki, bura gəldim”

 

Ötən il Dövlət İmtahan Mərkəzinin (DİM) keçirdiyi buraxılış və qəbul imtahanlarında 700 bal toplayaraq rekorda imza atan Nigar Ağazadə hazırda təhsilini Türkiyədə davam etdirir.

 

Məlumat üçün bildirək ki, Nigar ölkə üzrə ən yüksək nəticə göstərməsinə baxmayaraq, yerli təhsil müəssisələrindən imtina edərək, Ankara Universitetinin Tibb fakültəsini seçmişdi.

 

Versus.Az Modern.az-a istinadən Nigar Ağazadənin müsahibəsini təqdim edir:

 

- Siz ötən il rekorda imza atsanız da, sonda Azərbaycanda təhsil almamaq qərarına gəldiniz. Seçiminizə görə peşman deyilsiniz?

 

- Qətiyyən peşman olmadım, hər şeydən razıyam. Türkiyədə özümü Azərbaycandakı kimi hiss edirdim. Qardaş ölkəyə öyrəşdikcə bura daha çox bağlanmağa başladım. Dərslərimizin maraqlı keçməsi, yaxşı dostlar qazanmağımdan sonra doğru seçim etdiyimə əmin oldum. Peşman deyiləm, məncə, doğru olanı etdim. Yaxşı ki, Türkiyəni seçmişəm.

 

 

- Dərsləriniz necə keçir? Türkiyədə təhsil almaq sizin üçün çətindir, yoxsa gözlədiyinizdən də asan oldu?

 

- Dərlərlə bağlı heç bir çətinliyim olmadı. Bakıda aldığım təhsil mənə imkan verirdi ki, qardaş ölkədə rahatlıqla təhsilimi dava etdirim. Bir az adaptasiya dövründə çətinlik çəkdim. Yeni ölkə, yeni insanlara alışmaq asan olmadı. İlk vaxtlarda dilə uyğunlaşa bilmədim, amam qısa zamanda onun da öhdəsindən gəldim.Ümumilikdə heç bir çətinlik çəkmədim.

 

- Tibb üzrə hansı sahədə ixtisalaşmaq niyyətindəsiniz?

 

- Hələlik bunu müəyyənləşdirə bilməmişəm. Çünki indidək qərar vermək tezdir. Hələ ixtisaslaşma ilə bağlı qarşıda fikirləşməyə çox zamanım var.

 

 

- Təhsil aldığınız universitetdə tələbə yoldaşlarınız sizin Azərbaycan birincisi olduğunuzu biləndə buna necə reaksiya vermişdilər?

 

- Əslində mənim xəbərim özümdən əvvəl Türkiyəyə çatmışdı. Qrup yoldaşlarım seçimimdən xəbərdar idilər. Məni görərkən yaxşı münasibət göstərdilər, qətiyyən qəriblik hiss etmədim. Qardaş ölkədə, doğma məkanda olduğumu hiss etdirdilər. Gözəl dostluqlar qurduğum üçün çox məmnunam.

 

- Türkiyədə baş vermiş dəhşətli zəlzələ hər kəsdə qorxu yaratdı, bir çox insanlar, xüsusilə tələbələrin bəziləri Azərbaycana qayıtdılar. 

 

- Bəli, dəhşətli zəlzələ hamı kimi məni də çox sarsıtdı. Belə faciə tarixdə nadir hallarda olur. Təəssüf ki, qardaş ölkə buna şahidlik etdi. Mənəvi olaraq bizi yaralamaqla yanaşı, təhsilimizə də ciddi təsiri oldu. Dərslərimiz onlayn rejimə keçdi. Üz-üzə təhsil daha effektivdir, amma bu çətin dönəmlərdə görülən tədbirlərin bizim təhlükəsizliyimiz üçün olduğunu yaxşı başa düşürəm.

 

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Bu günədək 6 754 nəfər Qarabağda və Şərqi Zəngəzurda məskunlaşıb

Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır