“Zəfəri nurlandıran Nurlan” -  kitabına SÖZARDI

14:41 11-04-2023 | icon 1165 | Şəhidlər və şahidlər
“Zəfəri nurlandıran Nurlan” -  kitabına SÖZARDI

 

SEVİNDİK NƏSİBOĞLU
/9-cu sinif şagirdi, şair-publisist, AJB üzvü/

 

 

(Bu kitab Vətən müharibəsi şəhidi, leytenant Həsənov Nurlan Nadir oğlunun əziz xatirəsinə həsr edilib)

 

Qəhrəmanlar başı qarlı, uca, keçilməsi çətin, ancaq şərəfli olan dağın zirvəsinə bənzəyirlər. Bu zirvəyə nəinki çatmaq, heç göz dolusu baxmaq da asan deyil, çətindir. Çünki zirvələr həmişə Günəşə tən olur. Günəşə isə heç Günəşin özü də göz dolusu baxa bilməz. Ancaq düşünmək lazımdır ki, o qəhrəmanlar həyata başlayandan belə zirvə olmayıblar ki. Onları zirvələşdirən yaşadıqları həyat tərzi, etdikləri xeyir əməllər, xeyir işlər, Vətən qarşısında, yurd qarşısında, ailə qarşısında olan borclarını ödəmələri və hətta bu yolda canlarını da sevə-sevə, bir an da olsun düşünmədən fəda etmələridir. Onları uzun ya qısa olma- sından asılı olmayaraq, yaşadıqları ömür zirvələşdirib. Zirvələri qədər uzun, böyük və çətin imtahanları olub. Nə olsun ki? Əsas odur, onlar bu imtahanlardan üzüağ çıxaraq nə olursa olsun, dik durmağı, əyilməməyi, zəlzələdən, qasırğadan diksinməməyi bacarıblar. Eynən böyük bir zirvə kimi. Nəticədə, dağları, dərələri, zirvələri yaratdığı kimi bu dünyadakı hər şeyi zərrəsindən nəhənginə qədər xəlq edən qadir Allah sonda lazım bilib onların ömürlərinə Şəhid adı qazandırıb son versə də, onları böyük bir zirvəyə çevirib. Mən əbəs yerə zirvəni misal çəkmədim. Əvvəl yazdığıma bir də qayıdıram. Bildirdiyim kimi, zirvələr Günəşə tən olur. Günəş gündüz qalxır, gecə enir, lakin zirvələr heç zaman enmirlər. Zirvələr üçün aydınlıq, gündüz, xoş sabahlar həmişə var. Çünki gündüzlər Günəş zirvənin üzünü elə nurlandırır ki, o nur onun üzündən, çöhrəsindən ömür boyu getmir. Qəhrəmanlar da nurlu bir zirvə olduğu kimi, həm də bir günəşdir. Bu zaman zirvə də onların qələbəsi, zəfəridir. Beləliklə, qəhrəmanlar Şəhidliyin Zirvəsinə yüksələrək həm də Günəşə döndülər və zəfərlərini də zirvə edib şəfəq kimi üzlərinə bərq vurdular. Zəfəri nurlandırdılar. O qəhrəmanlardan biri də adı kimi özü də nur parçası olan şəhid qəhrəmanımız Nurlan Nadir oğlu Həsənovdur.

 

İstərdim ki, sözardında qəhrəmanımızın yoluna işıq tut- maqdan ziyadə bu kitabın yazılma məqsədindən, tarixçəsindən və proseslərindən söhbət açım. Çünki bundan qabaqkı 100 səhifədən çox şəhidimizin həyatı barədə mən də içində olmaqla hər kəs bacardığı qədər söhbət açdı, ürək sözlərini, xatirələrini yazdı. Əvvəlcə, onu deyə bilərəm ki, bu kitab gərgin bir əməyin məhsulu olaraq çap edilmişdir. Ancaq biz bunun fərqindəyik ki, gərgin saatların məhsu- lu olaraq çap edilmiş bu kitab şəhidimiz Nurlan Həsənova olan borcumuzun zərrəsi belə deyil. Ona və onun timsalında bütün şəhidlərimizə ayrı-ayrılıqda borcumuz var və bilirik ki, bu borc nə olursa olsun ödənilməzdir. Bunun üçün biz də öz növbəmizdə şəhidlərimizin tanınması, xatirələ- rinin həmişə əziz tutulması yolunda bacardığımız qədər əmək sərf edirik və borcumuzu belə ödəməyə çalışırıq. Lakin bununla kifayətlənmirik və kifayətlənməyəcəyik. Bu yol hələ bitməyib, görüləcək işlər hələ qabaqdadır.
Keçən ilin noyabr ayında sosial şəbəkə vasitəsi ilə şəhidimiz Nurlan Həsənovun anası Həqiqət ananın mənə səsli mesaj göndərdiyinin bildirişini gördüm. Həqiqət ana səsli mesajında mənim şəhidimiz haqqında yazdığım “Zəfəri nurlandıran Nurlan” adlı məqaləmdən bir daha söz açaraq, dəyərli sözləri ilə məqaləmi qiymətləndirdi. Sonra bildirdi ki, o, həmin məqalənin əsasında şəhidimiz haqqında bir kitabın çap edilməsini istəyir və onu da istəyir ki, o kitabı mən yazım. Bu səsli mesaj öz-özlüyündə çox şeydən xəbər verirdi. Bir şəhid anasının kiçik əməyimə böyük qiymət verməsindən əlavə, oğlu haqqında çap ediləcək kitabın müəllifinin mənim olmağımı istəməsi məni qürurlandırdı və mənə çox böyük məsuliyyət verdi. Mən Həqiqət anaya dərin minnətdarlığımı bildirərək istəyinizi başım üstə ye- rinə yetirəcəyimi söylədim. O vaxtdan fikirləşdim ki, niyə də olmasın? Olmalıdır. Ona görə də, vaxt itirməyib mate- rial axtarışına çıxdım. Bu uzun prosesdə mənə Həqiqət ana və ailəsi çox böyük köməkçi oldu. Şəhidimiz haqqında olan tədbirləri, yığıncaqları, eləcə də, onun həyatı barəsində efirə gedən verilişləri mənə sosial şəbəkə vasitəsilə göndərir, nəticədə mən də onun yaxınlarının, dost-tanış- larının, sevdiklərinin fikirlərini məqalə kimi kitabın materialına əlavə edirdim. Həmçinin, şəhidimizlə bağlı müəllimlərinin, valideynlərinin və ailə üzvlərinin yazdıqları məqalələri də göndərən Həqiqət ananın bu böyük köməyi nəticəsində qısa müddət ərzində çoxlu material topladım. Hədəfimiz haradasa 100 səhifə idi, lakin materiallar 100 səhifəni ötürdü. Nəticədə, qərar verdik ki, kitab çapa verilsin. Beləliklə, artıq oxuyub sonuna çatdığınız bu kitab belə zəhmətlərin nəticəsində çap edilmişdir.

 

Əgər bu kitab sayəsində şəhidimizi daha yaxından tanıyıb onun həyat yolu ilə daha yaxından tanış ola bilmisinizsə, özümü hədəfimə az da olsa çatmış hesab edirəm. Şə- hidimizlə bağlı kitabın mənim müəllifliyimlə çap edilməsi bir daha bildirim ki, mənə izah olunmaz dərəcədə qürur və məsuliyyət verir. Əməyimizin dəyəri isə siz oxucuların əlindədir. Bilirəm ki, kitabı son dərəcə diqqətlə oxuyub şəhidimizin həyat yolunu bir film kimi beyninizdə canlandıracaq, sonda kitaba lazımi qiyməti, dəyəri verəcəksiniz.

 

Son olaraq kitab üzərində əməyi keçən hər kəsə və dəyərli vaxtını sərf edib bu kitabı oxuyan əziz və dəyərli oxucularımıza dərin minnətdarlığımı bildirirəm. Şəhidlər vurulanda yox, unudulanda ölürlər. Şəhidlər unudulmayıb, unudulmur, unudulmayacaq! Şəhidlərimizin içində şəhid Nurlan Həsənov da həmişə yaşayacaq, yaşadılacaq!


Şəhidlər ölməz, vətən bölünməz!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Deputatdan Sevinc Osmanqızı və Əli Kərimli oyunlarına İRAD

“osmanqızılarla, əli kərimlilərlə aranı qarışdırmağa çalışırlar”

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

Azərbaycanın daha bir qələbəsi

Ayaqlarınız niyə şişir?

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Azərbaycan Ermənistanla anklavlar barədə də RAZILAŞDI

Leyli yazdı, Hakan bəstələdi, "Camdakı Kız"ın ulduzu oxudu

Klipi üçün 10 kilo çəki atdı

“Fransa və Almaniya Avropa Birliyi üçün nədirsə, Cənubi Qafqaz Birliyi üçün Azərbaycan da odur”

“Əli Kərimli və onun kimilər bu gün də eyni çirkin xətlə davam edir”

Nəsibə Zeynalovanın doğum günüdür

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

4 kəndin qaytarılmasına Rusiyadan REAKSİYA

Qorqudun Avroviziya 2024 mahnısının TƏQDİMATI