"Yarımfinal qarşılaşmaları aprelin 30-da keçiriləcək"

17:50 14-04-2023 | icon 205 | İdman
"Yarımfinal qarşılaşmaları aprelin 30-da keçiriləcək"

 

Aprelin 14-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş minifutbol turnirinin dörddəbir finalçıları ilə görüş keçirilib. Gənclər və İdman Nazirliyi İdman şöbəsinin müdiri Elnur Məmmədov turnirin qrup oyunlarının yekunları və finala hazırlıq barədə məlumat verib.

 

 

Bu  barədə Versus.az-a Gənclər və İdman Nazirliyindən bildirilib.

 

Verilən məlumata görə, Gənclər və İdman Nazirliyinin təşkilatçılığı, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi ilə ötən il noyabrın 18-dən start götürən turnirdə 52 dövlət qurumu təmsil olunub. İlk dəfə olaraq dövlət qurumlarının iştirakı ilə təşkil edilən bu turnir böyük maraqla qarşılanıb. İlkin mərhələnin qrup oyunlarından sonra 32 komanda mübarizəni “Play-off”da davam etdirib. 16 komandanın iştirakı ilə keçən ikinci qrup mərhələsinin 8 qalibi isə aprelin 15-16-da ¼ finalda yarışacaqlar.

 

"Gərgin mübarizə şəraitində davam edən turnirdə yarımfinal qarşılaşmaları aprelin 30-da keçiriləcək. Qalib və mükafatçılar isə mayın 7-də məlum olacaq. Yekunda ilk 4 yeri tutan komandalara, müxtəlif nominasiyalar üzrə qaliblərə kubok və qiymətli hədiyyələr təqdim ediləcək"-məlumatda bildirilib..

Pəri

Versus.az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək