Marsın məşum peykinin yaxından şəkli çəkildi

09:07 27-04-2023 | icon 351 | Maraqlı
Marsın məşum peykinin yaxından şəkli çəkildi

Alimlər indiyə kimi səhv elədiklərini anladılar

 

Birləşmiş Ərəb Əmirliklərinin “Hope” kosmik zondu Marsın ətrafında dövr edən “Deymos”a  (“Deimos”) 100 km məsafədə yaxınlaşıb və 1977-ci ildən bəri planetin ən detallı şəkillərini çəkib.

 

Müşahidə məlumatları və fotoşəkillər Birləşmiş Ərəb Əmirliklərinin Mars Missiyası komandası dərc edib.

 

Alimlər araşdırma zamanı kosmik cisim barədə indiyə qədər səhv fikirdə olduqlarını müəyyən ediblər. 

 

 

Belə ki, bu günə qədər “Deymos”un planetin cazibə tələsinə düşmüş asteroid olduğu düşünülürdü. İndi isə elm adamlarının fikrincə “Deymos” planet mənşəlidir və naməlum obyektin Qırmızı Planetlə toqquşması nəticəsində yaranıb.

 

Marsın bu peyki 1877-ci il avqustun 11-də amerikalı astronom Asaf Holl tərəfindən kəşf edilib və qədim yunanların dəhşət tanrısı Deymosun (müharibə tanrısı Aresin oğlunun) şərəfinə adlandırılıb.

 

“Deymos” Mars ətrafında 30 saata  dövr edir.

 

O da vurğulanır ki, 1970-ci illərdəki “Mariner 9” və “Viking” missiyaları, eləcə də 2014-cü ildə Hindistanın “Mars Orbiter” missiyası “Deymos”un uzaq tərəfinin şəkillərini çəkib, ancaq onlar “Hope” zondunun görüntüləri qədər təfərrüatlı olmayıb.

 

Xatırladaq ki, bu yaxınlarda Çin alimləri Marsın bütün səthinin ilk xəritəsini təqdim ediblər. Bunun üçün alimlər  “Tyanven-1” kosmik zondu tərəfindən toplanan məlumatlardan istifadə ediblər.

 

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

MHB-nin Göyçay rayon təşkilatı təsis olundu

Bu prospektdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyuldu

Qərb iç üzünü GÖSTƏRDİ

Azərbaycanda yeni peyvənd VURULACAQ

“İctimai proseslər media müstəvisində” - FORUM

Minifutbol millimiz beynəlxalq turnirin QALİBİDİR

Çin Ayda gələcək bazasını göstərdi

Azərbaycanla şərti sərhəddə yerləşən daha bir kənd minalardan təmizlənir

Ağsaqqallıq Allahın təyinatıdır - Firudin Abazəliyev- 72

“Trabzonspor” klubu futbolçusunu cəzalandıracaq

Utandıran XƏSTƏLİK

İnfarkt riskinizi özünüz ölçün

Deputatın səlahiyyətlərinə XİTAM VERİLDİ

Bu günədək 6 754 nəfər Qarabağda və Şərqi Zəngəzurda məskunlaşıb

Tank bölmələrimizin döyüş hazırlığı yoxlanılır