Üzün şişirsə...
Xarici görünüşündəki 5 dəyişikliyə diqqət
Xarici görünüşdəki 5 dəyişiklik ciddi sağlamlıq problemlərindən xəbər verir. İnsanın çəkisi və əhvalındakı pozulmalar bir siqnaldır.
Həkim – endokrinoloq Zuxra Pavlovanın sözlərinə görə, bəzi hallarda ciddi sağlamlıq problemlərindən xəbər verən dəyişikliklər bunlardır:
“Çəki - bədən çəkisinin qəfil dəyişməsi, həm aşırı kökəlmə, həm arıqlama həkimə getməyə səbəbdir.
Əgər qısa müddət ərzində bir insan həyat tərzini dəyişmədən çox köklənibsə və ya arıqlayıbsa, o zaman terapevtə müraciət etməlidir. Ani çəki artımı xərçəng də daxil olmaqla ciddi xəstəliklərdən xəbər verə bilər.
Əhval-ruhiyyə - ciddi sağlamlıq problemlərinə görə depressiv vəziyyətlər də yarana bilər. Onlar uzun müddət (bir ay və ya daha çox) müşahidə edilərsə, hormonal disbalans yoxlanmalıdır.
Şişkinlik - üzün şişməsi endokrin anomaliyaların, tiroid vəzinin problemlərinin əlaməti ola bilər. Ayaqların şişməsi ürək xəstəliyinin, qan laxtalanmasının əlamətidir.
Erkən qocalma - qırışlar, şişkin göz qapaqları, solğun dəri - həm endokrin, həm də ürək-damar və ya sidik sistemində müxtəlif xəstəlikləri göstərə bilər.
Dəri və saç - dərinin həddindən artıq qurumasına və ya əksinə, yağlanmasına göz yummaq olmaz. Bundan əlavə, qoltuqlarda, dirsəklərdə və ya göz qapaqlarında, boyunda görünən tünd dəri sahələri diqqət yetirmək lazımdır”. /medicina/