Azərbaycanın ən varlı rayonu 

14:10 16-02-2019 | icon 125 | İqtisadiyyat
Azərbaycanın ən varlı rayonu 

 

Hazırda ölkə banklarındakı əmanətlərin həcmi 8 milyard 375 milyon manatdır.

 

Versus.Az oxu.az-a istinadən xəbər verir ki, regionlar üzrə cəlb olunmuş əmanətlərin həcminə görə, bunun 7 milyard 707 milyon manatı Bakı şəhərinin sakinlərinə məxsusdur, başqa sözlə, bütün varlılar paytaxta toplanıb. Halbuki, ölkə əhalisi 10 milyona çatır və rəsmən onların 2 milyon 262 min nəfərinin Bakıda yaşadığı bildirilir.

 

Belə çıxır ki, rayonların qeydiyyatında olan 7 milyon nəfərdən çox əhalisinin ehtiyat kimi banklarda cəmi 668 milyon manat pulu var?!

Göründüyü kimi, rəqəmlərin arasındakı nisbət çox böyükdür və paytaxt ilə ölkənin on iqtisadi rayonu arasında kəskin bir fərq ortaya çıxır.

Statistikaya baxsaq, regionlar arasında bankda əmanəti olanlar sayında Bakıya yaxınlığı ilə seçilən Abşeron iqtisadi rayonu birincidir. Burada yaşayan 568 min nəfərin banklarda 192 milyon 700 min manat pulu var, başqa sözlə, adambaşına 339 manatdan bir az çox əmanətə sahibdirlər.

Gəncə-Qazax iqtisadi rayonunda yaşayan 1 milyon 274 min nəfər 162 milyon 151 min (adambaşına 127 manat), Aran iqtisadi rayonunda yaşayan 2 milyon nəfər isə 112 milyon 778 min manat (adambaşına 56 manat) bank əmanətinə sahibdir.

 

Quba-Xaçmazda yaşayan 544 min nəfərin isə bankda cəmi 53 milyon 153 min manat pulu var. Lənkəranın 927 min nəfər əhalisi banklara 46 milyon 149 min manat pul qoyub.

Şəki-Zaqatalada yaşayan 616 min nəfər isə 36 milyon 618 min manat pulunu banklara etibar edib. Naxçıvanın 453 min sakini banklara 37 milyon 116 min manat (adambaşına 81 manat) yerləşdirib.

Məlumat üçün onu da qeyd edək ki, bu vəsaitlərin 3 milyard manatı milli valyutada olan əmanətlərdir və orta faiz dərəcəsi 6,7% təşkil edir. 5 milyard manat həcmində əmanətlər isə xarici valyutadadır və onun orta faiz dərəcəsi 1,8 faizdir.

Təbii ki, əhalidə olan vəsaitin böyük bir hissəsi "yastıqaltı pullar"dır və nəzərə almaq lazımdır ki, regionlarda yaşayan əhali xüsusilə bank xidmətlərindən daha az istifadə edir. 

 

Versus.Az

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Qocalmadan problemi həll etmək istəyirsinizsə, mənim hakimiyyətə gəlməyimə sizlər də yardımçı olun” - MÜSAHİBƏ-3

Bu dövlət qurumlarında çalışan işçilərin də maaşları artırıldı

Fuad Əliyev Əhməd Orucun yalanını üzə çıxardı

MÜBARİZ MƏNSİMOVUN SUÇU

 

 

ALDP sədri müsəlmanları təbrik edir

“Bu, düz bağırsaqda bədxassəli şişin yaranma riskini 9 % artırır”

Bu sürücülərə çağırış edildi

Baş redaktor Prezidentə açıq məktubla müraciət etdi

Qurban Məmmədovdan /VİDEO-MÜRACİƏT

Restoran və kafelərdə siqaret çəkənlərə ağlasığmaz CƏRİMƏ

Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi yekunlaşıb

5 addımda arıqlama

Ümid sədrinin ÜMİDli bayram təbriki

Partiya sədrindən təsəlliverici bayram təbriki

Məleykə Abbaszadədən 800 abituriyentə misilsiz xeyirxahlıq...