Milli Qəhrəmanımız Gültəkin Əsgərovanın anım günüdür

11:08 19-07-2023 | icon 1130 | Şəhidlər və şahidlər
Milli Qəhrəmanımız Gültəkin Əsgərovanın anım günüdür

Bu gün Azərbaycanın Milli Qəhrəmanı, Qarabağ müharibəsi şəhidi Gültəkin Əsgərovanın anım günüdür.

 

Versus.Az xatırladır ki, o, 1960-cı il noyabrın 20-də Bakıda anadan olub.

 

1985-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirib. Əmək fəaliyyətinə 8 nömrəli təcili yardım stansiyasında başlayıb, 1991-ci ildən Respublika Kliniki Uroloji Xəstəxanada işləyib. Qarabağ müharibəsi başladığı zaman öz körpəsini anasına əmanət edərək, cəbhəyə yardım etməyə gedib.

 

O, 1992-ci il aprelin 4-də könüllü cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. Özü ilə beş tibb bacısını götürərək könüllü döyüşə gedib.

 

Şuşa şəhərinin həbsxanasında olanların qapısının açılmasında onun da xidməti olub. Həbsxananın qapısı açılmasaydı, orada olanlar əsir götürüləcəkdilər.

 

1992-ci il mayın 8-də Şuşanın işğalından sonra şəhəri sonuncu tərk edənlərdən biri olub.

 

Anasına göndərdiyi məktubda yazmışdı:

 

“Ana, salam. Mən sağ və salamatam, hər şey normaldır. Bizə yaxşı yemək verirlər. Mən qələbənin sonuna qədər buradayam. Şuşa alınana qədər! Bəlkə də, indi alınmadı…”

 

Şuşanın işğalından sonra Gültəkin Əsgərova Laçının, daha sonra isə Qubadlının müdafiəsində iştirak edib.

 

O, 1992-ci il mayın 14-də Ağdam istiqamətində gedən döyüşlərə yollanıb. Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi yenidən xidmətə başlayıb. Aranzəmin yüksəkliyinin ətəyində onun tibbi xidməti üçün yer ayrılıb. Lakin atəş səslərinin gücləndiyini eşidib. Burada dayana bilməyib, Aranzəmin yüksəkliyinə qalxıb. Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşdə, 1992-ci il 19 iyul saat 15:00-da şəhid olub.

 

Bakıda Şəhidlər xiyabanında dəfn edilib.

 

Ailəli idi, Əminə adlı qızı yadigar qalıb.

 

Gültəkin Əsgərovanın oxuduğu 200 saylı orta məktəbə onun adı verilib və büstü qoyulub.

 

20 noyabr 1993-cü il tarixli 31 saylı fərman ilə Gültəkin Məlik qızı Əsgərova ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb.

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq

Parlament seçkiləri bu tarixdə keçiriləcək