Azərbaycanın azadlığı uğrunda ən qatı mübariz - Ələkbər Talıbov

15:10 07-08-2023 | icon 1767 | Tarix
Azərbaycanın azadlığı uğrunda ən qatı mübariz - Ələkbər Talıbov

"Ruslara tabe olmayıb öz bayrağımızı gəmimizin körpücüyündə yüksəltmişdik…"

 
 

Azərbaycanın müstəqilliyi, torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərin fəal iştirakçısı, 20 yanvar qazisi Ələkbər Talıbovun Milli Azadlıq Hərəkatında olan fəaliyyətindən kiçik bir səhifəni açdıq... Heç şübhəsiz ki, bu gün müstəqilliyini qazanan Azərbaycanın tarixində, onun hər bir səhifəsində bu qəhrəman vətən oğullarının imzası var. O imzalardan biri də Ələkbər Talıbovundur...

 
 
Ələkbər Talıbov Azərbaycanın başının üzərini alan qara yanvar tarixindən söz açıb. O,  SSRİ Silahlı Qüvvələrinin Alfa Xüsusi təyinatlılarının Neftçala rayonunda qırğın törətməklə bağlı planlarının qarşısının necə alınması və həbs olunaraq necə ölümlə üz-üzə dayandıqları, ölkəmizin hansı gərgin dövrü adlaması  ilə bağlı  faktlara diqqət çəkib.
 
 
Bu gün biz o hadisələrə bir də onun gözü ilə baxacaq, həmin tarixi öyrənəcəyik.
 
 
Ələkbər Talıbov xatirələrində yazır:
 
 
- Milli Azadlıq Hərəkatında fəaliyyətim 1988-ci ilin noyabr ayından başlayaraq 1993-cü ilə qədər davam edib. Neftçalada 20 yanvar hadisələrinə etiraz vaxtı ümumiyyətlə silahımız yox idi. Sadəcə xalq üsyanına qalxıb Bakıda 20 yanvar hadisələrinə öz etirazımızı bildirirdik. Həmin ərəfədə bizə məlumat gəldi ki, hərbi hissə komandiri sizinlə görüşmək istəyir. Biz də görüşə razılıq verdik və düşünürdük ki, təki bizimlə görüşsünlər əhaliyə xətər toxundurmasınlar. Bundan da bir gün qabaq Neftçalada vertolyotlar uçuşur, işıq saçan güllələr atılır və yaxud da özləri təxribat törədirdilər. Atəş açıb camaatın boynuna yıxırdılar ki, guya ki əhali təxribat törədir. Məlumatımız var idi ki, SSRİ Silahlı Qüvvələrinin Alfa Xüsusi təyinatlıları Neftçalaya gəlib kəşfiyyat aparır. Bizə məlum idi ki, Neftçalada da bu hadisəni törədəcəklər. Neftçalanı hərtərəfli blokadaya almışdılar. Amma bizlər bunu vaxtında duyduq və yeni qırğınların olmasına imkan vermədik. Lakin xalqın iradəsi hökm sahibi olsa da, sovet ordusu bizlərə də divan tutdu. Neftçalada 2 nəfər şəhid oldu..

 

Bakıda da baş verən qanlı hadisələr vaxtı sovet qoşunlarının qırğınının qarşısını almaq üçün balıqçı gəmilərinin təşkil etdiyi blokada da iştirak etmişəm. Bakı buxtasında sovet qoşunlarına qarşı müqavimət göstərmişik. Sipər çəkib şəhərə daxil olmalarını önləməyə çalışmışıq. Ruslara tabe olmayıb öz bayrağımızı gəmimizin körpücüyündə yüksəltmişdik… dəfələrlə sərhədçilər tərəfindən təqiblərə məruz qalmışam. O vaxt iki SSRİ DTK-çısı tərəfindən təqib edilmişəm… Lakin haqq yolunda, xalq yolunda namərdlik ola bilməz deyib əqidəmdən dönməmişəm və dönmərəm…

 

Bir müddət Neftçalada baş verən qanlı hadisələrdən sonra məni öldü sanırdılar. Çünki bizi əvvəlcə Bankə qəsəbəsindəki hərbi hissədə sıraya düzüb güllələmək istəyirdilər, lakin son anda fikirlərindən daşınıb vertolyotla Bakıya gətirmişdilər. Xəzər dənizi üzərindən keçərkən dənizə atmaq fikrinə düşsələr də sonradan bu fikirlərindən də əl çəkmişdilər. Həmin vaxtı bizi - fəalları qalaq kimi üst-üstə vertolyota yükləmişdilər. Bizi dənizə atmayıb Binə Hava limanına gətirdilər. Yenidən bizi sırayla düzüb güllələmək istədilər. Bu anda Azərbaycan Deputat İstintaq Qrupu (Arif Məlikov, Fikrət Əmirov, Ədilə Namazova və b.) hadisə yerinə gəlib bizi sovet hərbçilərindən alıb Şüvəlanda yerləşən Tağıyev təcridxanasına apardılar. Vəziyyətimiz ağır olduğuna görə bizi ordan 26 nömərli Mərdəkan şəhər xəstəxanasına gətirdilər. Xəstəxanada da kəndinə əhalisi bizə kifayət qədər diqqət və qayğı göstərdi. Dərmanla, pal-paltarla təmin etdi… Həmin ərəfədə həqiqətən də millət birlik nümayiş etdirirdi. 26 nömərli Mərdəkan şəhər xəstəxanasının həkimlərinə, tibb bacılarına, oranın sakinlərinə təşəkkürümü bildirirəm. Bizə çox yardım etdilər. Sağalandan sonra yenidən mübarizəyə qoşulduq"-

 

Bəli, Milli Azalıq Hərəkatının iştirakçıları sırasında vüqarla dayanan, vətənin azadlığı, müstəqilliyi naminə, ölümün üzünə dik baxaraq mübahizə aparan Ələkbər Talıbovun da imza ataraq başladığı o tarixi proseslərin hər səhifəsində bir igidin, bir vətən oğlunun ruhu yaşayır. O qəhrəmanlar cismən bu dünyamızı tərk edib ana torpağın qucağına sığınsalar da, öz cəsarətləri, mübarizlikləri ilə Vətənin istehkamçısı, qoruyucusu kimi bu gün də yaşayırlar. Bu gün də bu igidlərin, qərəmanların mübarizəsi ruhları, mənəvi əzəməti, zənginliyi ilə vdavam edir.

 

90-cı illərdə müstəmləkə dövlətlərinin mənfur siyasəti ilə buxovlanan torpağımızın, dövlətimizin qandallarını açan, onun ruhunu yaşadan Ələkbər Talıbov kimi vətən fədailəri oldu. 

 

Bəli, "Vətən"- dediyimiz varlıq üzərində azad yaşadığımız, əcdadlarımızın bizə əmanət qoyub getdiyi, qəhrəmanların od nəfəsi, şəhidlərimizin qanı ilə yoğrulan torpaqdır. Tarixən bu torpaqda doğulmuş, bu torpaqda boya-başa çatmış xalqımız qəhrəman övladları, qəhrəman oğlulları hesabına öz varlığını, öz mövcudluğunu qoruyub saxlamışdır. Heç də uzaq olmayan tariximizdə bu müqəddəs torpağı canı-dildən sevən, canı, qanı bahasına düşmənlərdən qoruyan və bunu özünə müqəddəs borc hesab edən oğlullarımız olub. Elə bu kiçik yazıda haqqında söhbət açacağımız Ələkbər Talıbov da belə igid oğullarımızdan biridir. Bu qəhrəman "Yurddan, torpaqdan pay olmaz” deyimini müqəddəs varlıq kimi qəbul edərək, Azərbaycan adlı bəşər incisinə pay kimi baxanlara meydan oxuyan Vətən övladlarındandır.

 

Qarabağ qazisi, 20 yanvar iştirakçısı Ələkbər Talıbov həyat kitabını başdan səhifələyək:

 
- Ələkbər Hacı Məhəmmədli oğlu Talıbov 1953 cü il avqustun 7-də Neftçala rayonu Bankə qəsəbəsində anadan olub.1971-1973 cü illərdə Kamcatkada hərbi dəniz donanmasında xidmət etmişdir. Hərbi xidmətində sonra Bakı Balıqçılıq Texnikumunun "Gəmi sürücülüyü” şöbəsini bitirib və H.Z.Tağıyev adına Bankə Balıq kombinatda balıqçı gəmisində kapitan işləməyə başlamışdır. Azərbaycanın bütövlüyü uğrunda mübarizə ruhunda tərbiyə görən Ələkbər Talıbov gənclik illərində cavanlar arasında mövcud olan, Azərbaycanın müstəqilliyi amalı ətrafında birləşən gizli qruplarda fəaliyyət göstərib. Heç vaxt kommunist partiyasının üzvü olmayıb O, Azərbaycanın azadlığı uğrunda daim əlindən gələni əsirgəməişdir. Hər zaman xalqının keşiyində durmuşdur.
 
 
Müasirləri onu Azərbaycanın azadlığı uğrunda ən qatı mübarizlərindən biri adlandırırlar. Ələkbər Talıbov 1988-ci ildə Azərbaycanda başlanan milli azadlıq hərəkatına qoşulub və qısa zamanda azadlıq hərəkatının fəal iştirakçısına çevrilib. 1990-cı il 25–26 yanvar faciəsi vaxtı gedən döyüşlərdə Neftçalada 10 nəfərin yaralandığı, ümumlikdə 30 nəfərin zərər gördüyü qanlı hadisələrdə özünü rus-erməni cəlladlarının qarşısına verərək yaralananlardan biri də məhz Ələkbər Məmmədəli oğlu Talıbov olub.1990-cı ilin yanvar hadisələri zamanı Bakı şəhərinə və respublikanın bir sıra rayonlarına keçmiş SSRİ Silahlı Qüvvələrinin təcavüzkar basqını zamanı yüksək vətəndaşlıq, mərdlik və hünər nümunələri göstərərək Azərbaycanın istiqlaliyyəti uğrunda yaralanmış 12 nəfərə şəxsə Azərbaycan Respublikasının "Azadlıq uğrunda mübariz” fəxri adı verilib. Neftçala rayonu üzrə isə Ələkbər Talıbov bu ada layiq görülüb.
 
 
Ancaq onun Vətən, millət sevgisi bununla bitməyib. O həmçinin, 1993-cü ildə Qarabağ uğurunda gedən müharibənin ən qızğın nöqtələrində döyüş yolu keçib. Onun üzvü olduğu batalyon üzvləri əsasən Neftçaladan olanlar idi. Hərbçilərə könüllülər kimi humanitar yardımlar göstərib. Bu könüllü batalyonunun fəaliyyət dairəsi Ağdamdan, Füzulidən, Qubadlıdan, Laçından, Ağdərədən və digər odlu-alovlu yerlərdən keçib. Xüsusən, Ağdam rayonunun Abdal Gülablı, Quzanlı, Çəmənli, Qaradağlı, Füzuli rayonunun Aşağı və Yuxarı Veysəlli kəndləri uğurunda gedən döyüşlərdə iştirak edib. Ələkbər Talıbov bir müddət də Çəmənli kəndində Orucov qardaşlarının tank diviziyasında döyüşçü kimi xidmət edib.
 
 
Sözün əsl mənasında gələcək nəsillərə örnək olan, şanlı həyat yolu keçmiş Ələkbər Talıbov Azərbaycan xalqı, Azərbaycan dövləti qarşısında göstərdiyi yüksək vətənpərvərliyə və xidmətlərə görə müxtəlif təltif və mükafatlara layiq görülüb.O, 3 iyun 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin 625 N-li fərmanı ilə "Azadlıq uğrunda mübariz” fəxri adı ilə təltif edilib. 2000-ci ildə qanlı "20 Yanvar” hadisələrinin on illiyi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən, 2011-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Prezident təqaüdünə layiq görülüb.
 
 
 
 
Çox böyük təəssüf ki, azadlıq fədaisi,böyük vətənpərvər, Azərbaycan xalqına qarşı törədilmiş döyüşlərin canlı iştirakçısı olan iki qanlı tarxin Qazisi Ələkbər Talıbov 2020-ci il mart ayının 8-də qəflətən vəfat etdi. Yaşasaydı bu gün 70 yaşı olacaqdı. Sözün əsl mənasında xalq qəhrəmanı olan TÜRK OĞLU Ələkbər Talıbovun vaxtsız ölümü ailəsini və onu tanıyanları dərindən sarsıtdı…Ancaq bu sarsıntıların içərisində onun ailəsinin yüzilliklərə sığmayan bir qürur mənbəyi var…Axı QƏHRƏMANLAR və ŞƏHİDLƏR heç vaxt ölmür…
 
 
Müqəddəs 7 rəqəmi altında, Şir bürücündə doğulan və torpağı, milləti, dövlətçiliyi uğurunda Şir kimi savaşan BÖYÜK TÜRK OĞLU, BÖYÜK QƏHRƏMAN, səni sevənlərin sənsiz keçirdiyi doğum günün mübarək!

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

Laçın şəhərinə getmək istəyənlərə ŞAD XƏBƏR

“Aksiyalarla, hədələrlə nəyə nail olmağa çalışırlar?”

Şəhidlik zirvəsinə yüksəlmənin 30-cu ili

Azərbaycan-Rusiya əlaqələri dünəndən bu günə…

ABŞ-ın ermənilərə dəstək siyasətinin TƏZAHÜRÜ

Adı Azərbaycan kino tarixində əbədi yaşayacaq...

Kirəcləşmə, duzlaşma oynaq xəstəliyi - osteoartrit

İqtisadi tarazlıq nə zaman pozulur?

Milli Azərbaycan Tarixi Muzeyinin yeni ekspozisiyasının TƏQDİMATI

Ögey anadan ŞOK ƏMƏL

İlham Əliyevdən quru sərhədləri ilə bağlı önəmli AÇIQLAMA

Mədəniyyət AFİŞASI

İsmayıl Osmanlı - 122

İctimai nəqliyyatla bağlı XOŞ XƏBƏR

Tarixi dostluq və mehriban qonşuluq