Moskvaya yenidən dronlarla hücum edildi
Rusiyanın paytaxtının yerləşdiyi Moskva vilayətinə pilotsuz uçuş aparatları (PUA) ilə hücum edilib.
Versus.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirlik Moskva vilayəti ərazisi üzərində iki PUA-nın zərərsizləşdirildiyini bildirib. Məlumata görə, xəsarət alan olmayıb.
Moskva meri Sergey Sobyanin də Domodedovo və Minsk şossesi yaxınlığında iki PUA-nın vurulduğunu vurulduğunu bildirib.
Rusiya hücuma görə Ukraynanı ittiham edib. Kiyev hücumla bağlı heç bir açıqlama verməyib.
Xatırladaq ki, sonuncu dəfə Moskva vilayətində avqustun 6-da dronlarla hücum edilib.
Xəbər lenti
Tünzalə Ağayeva Səməd Vurğunun ev-muzeyini ziyarət edib
Səməd Vurğunun Xavər xanımla yaşadıqları evdə olmaq...