erməni sakinlər üçün növbəti yanacaq göndərilib


Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) məxsus yanacaqla dolu daha bir nəqliyyat vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq göndərilib.
Versus.Az xəbər verir ki, Qarabağ bürosunun verdiyi xəbərə görə, yanacaqla dolu avtomobil sentyabrın 27-də Ağdam-Əsgəran-Xankəndi yolu ilə Xankəndiyə yola salınıb.
Qeyd edək ki, yanacaq sentyabrın 21-də Yevlax şəhərində keçirilən görüşdə erməniəsilli sakinlərin nümayəndələrinin bölgəyə yanacaq verilməsilə bağlı xahişləri nəzərə alınaraq göndərilib.
Bundan öncə də SOCAR-a məxsus yanacaqla dolu dörd nəqliyyat vasitəsilə Qarabağda yaşayan erməniəsilli sakinlər üçün yanacaq göndərilmişdi.
Xəbər lenti

Yol Polisindən sürücülərə XƏBƏRDARLIQ
"Piyadaların üzərinə su sıçratmaq yolverilməzdir!"