Ermənistan və onu tətikləyən qüvvələrin mövqeyində dəyişiklik

13:45 29-09-2023 | icon 213 | Siyasət
Ermənistan və onu tətikləyən qüvvələrin mövqeyində dəyişiklik

Musa Quliyev: “O, bu mesajla həm Ermənistanın, həm də regionda maraqlı olan güclərin nəbzini yoxladı”

 

“Cənab Rəcəb Tayyib Ərdoğan son bəyanatı ilə Türkiyə və Azərbaycanın Zəngəzur dəhlizinin açılmasında qətiyyətli olduğunu bir daha dünyaya bəyan etmiş oldu”.

 

Versus.Az xəbər verir ki, bunu Milli Məclisin deputatı Musa Quliyev Türkiyə Cumhuriyyəti prezidenti Rəcəb Tayyib Ərdoğanın son bəyanatı ilə bağlı açıqamasında bildirib.

 

Deputat eyni zamanda R.T.Ərdoğanın çıxışı zamanı diqqət çəkən nüanslara toxunub. Onun sözlərinə görə, prezidentin çıxışında bir daha bəyan olunub ki, Naxçıvan üzərindən Türkiyə və Azərbaycan arasında quru əlaqə bərapa olunacaq. Eləcə də bütün türk dünyasını birləşdirən quru əlaqə yaranacaqdır. 

 

M.Quliyev bildirib ki, Tayyib Ərdoğan - “əgər Ermənistan razılıq verməsə, bu yol İran üzərindən keçməklə açılacaq” söyləməklə, həm Ermənistanın, həm də regionda maraqlı olan güclərin nəbzini yoxlayıb:

 

“Bu, Ermənistanın son şansının qaldığını bəyan etməkdir, həm də Zəngəzur dəhlizinin Mehridən keçərək  açılmasına maneçilik törədən bölgədən kənar qüvvələrə- "bizə heç nə ilə menə ola bilməyəcəksiz" mesajıdır. Bu yolun İran üzərindən açılması, həm də İranla münasibətləri xoş olmayan bəzi Qərb, Avropa dövlətləri üçün də bir mesajdır. Hesab edirəm ki, bu mesajlardan sonra həm Ermənistanın, həm də onu tətikləyən qüvvələrin mövqeyində dəyişiklik yaradacaq”.

 

Deputat eyni zamanda qeyd edib ki, istənilən halda İran və Azərbaycan arasında 2021-ci il 11 mart tarixində razılaşma var idi: Araz çayı üzərindən 4 körpü tikilməklə Naxçıvana quru əlaqəsi bərpa olunmalıdır. Onun fikrincə, bu da olacaq. “Amma Mehridən keçən yolun açılması da alternativlər yaratmaq baxımından çox əhəmiyyətlidir-deyə, deputat bildirib:

 

“Hesab edirəm ki, cənab Ərdoğanın bu bəyanatı, eyni zamanda Azərbaycan ordusunin 24 saatlıq antiterror əməliyyatı və "artsaxın" özünü buraxması ilə bağlı qərarlar, bölgədə  gündəmi dəyişdirməklə, həm də Zəngəzur dəhlizinin açılmasını reallışdıracaqdır”.

 

T.Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

QİÇS-lə mübarizə: Müalicəyə erkən başlamaq və daim HƏKİM NƏZARƏTİ...

15 yaşlı şair-publisistin yetkin aləmi

“Şərq qadını” jurnalının 100 il bundan öncəki İLK NÜSXƏSİ

Fransanın məkri baş tutmadı

“Belə bir rayonu ləğv etmək qəbuledilməz idi”

Laçının işğaldan azad edilməsinin üçüncü ili

“Qarabağ Universiteti bölgənin mayakına çevrilə bilər”

Laçının işğaldan azad olunmasının 3-cü ildönümü ilə bağlı VİDEOÇARX

Mehin Hümbətova bu dəfə fərqli obrazda

"Bu, Qarabağımıza mütləq lazımdır"

Şuşada “Türkün ortaq süfrəsi” açıldı

"Bu üç ölkə bir yerdədirsə..."

Taksi sürücülərinin NƏZƏRİNƏ

Laçının işğaldan əvvəlki unikal kadrları

Rəqabət Məcəlləsi HAQQINDA