"Artıq üfüqdə Zəngəzur görünür"

14:15 05-10-2023 | icon 268 | Siyasət
"Artıq üfüqdə Zəngəzur görünür"

Fəzail Ağamalı: “Yaxın vaxtlarda ermənilər haqqında keçmiş zamanda danışacağıq”


Regionun geosiyasi mənzərəsinin dumanı çəkilir. Mövcud reallıqlar fonunda aydınlaşan proseslər hədəflərimizi daha da yaxınlaşdırır. Azərbaycanın 27 sentyabr tarixi əks-həmləsindən sonra ərazilərin erməni işğalından təmizlənməsi prosesi, düşməni sülhə dəvət edən diplomatik danışıqlar və son 19 sentyabr tədbiri ölkə ərazisində gizlənən erməni terrorunun kökünü qazıyır. Hərbi təxribatlarla regionda gərginlik yaradan erməni revanşizmi öz özünü məhvə məhkum etməklə yanaşı, sivil erməniləri də ardınca daşıyır. Artıq uzun illər işğalda qalan Azərbaycan əraziləri erməni separatçıları və onların kölgəsində pisliklə qidalanan erməni əhalinin Xankəndini tərk etməsi ilə müşahidə olunur. Lakin ermənilər özlərinin yaratdığı bu durumdan istifadə edərək Azərbaycana qarşı informasiya zərbəsi vurmağa cəhd edirlər.

 

Versus.Az xəbər verir ki, bu və ya digər məsələlərlə bağlı müsahibə verən Milli Məclisin deputatı Fəzail Ağamalı müəyyən məqamlara toxunub.

 

- Fəzail müəllim, Xankəndidə yaşayan erməni sakinlər onlara təklif olunduğu kimi, Azərbaycan vətəndaşlığını qəbul edib sülh şəraitində yaşamlarına davam etməkdənsə, əmlakları satıb köçməyi daha üstün tutdular. Mövcud vəziyyəti necə izah etmək olar?

 

- Ermənilər bütün dünyaya səpələnmiş bir etnosdurlar. Onlar tarixi vətəni, dövlətçilik ənənələri olmadığına görə hər zaman bu və ya digər dövlətlərin himayəsinə yaşayıblar. O himayəçilər öz potensialını, gücünü itirdiyi anda bir qayda olaraq həmin ölkələrə arxa çeviriblər. Ermənilər həm Azərbaycanın müxtəlif ərazilərinə, həm Ermənistana Rusiya imperiyası tərəfindən köçürülüb məskunlaşdırılmış tayfadır. Rusiya özünün forpostu olan Ermənistanı strateji bir layihə kimi yaradıb ki, ondan Şərq və Türk dünyasına qarşı bir plastarm kimi istifadə eləsin. Rusiyanın mövcud durumu ilə bağlı ermənilər Ermənistanı belə tərk edirlər. Azərbaycan ərazilərindən köçüb getmələri isə indiki geosiyasi reallıqlar fonunda tamamilə təbiidir. Ermənilər bilirlər ki, cinayət törətdkləri və yaxud cinayətkar ocağı yaratdıqları bu yerlərdə gələcəkləri yoxdur. Çünki son 30 il və ondan da əvvəl Qarabağda yaşayan ağlı başında olan 100 erməni belə meydana çıxıb cinayətkar rejimin Azərbaycana qarşı törətmiş olduğu terrora, separatizmə “dayan, dur” deməyiblər. Ya passiv mövqeləri, ya da rejimi müdafiə etməklə separatizm siyahısında yer alıblar. Onlar uzun illər boyu anti Azərbaycan, antiTürk ideologiyası ilə qidalanıb, zəhərləniblər. İndi qalib ölkənin içərisində yaşaya bilmədiklərinə görə gedirlər.

 

- Bu, gedənlərin yenidən qayıdışı üçün müvəqqəti “geri çəkilmə” taktikası ola bilərmi?

 

- Əvvəla getməyənlər o adamlardır ki, getməyə yerləri yoxdur. Gələnlər də əsasən gəlib burda qalan mülkiyyətlərini satan, vidalaşan və gedib başqa yerdə özlərinə daha xoş güzəran axtaranlar olacaq. Onların içərisində ola bilsin ki, 5-10 nəfər qalmaq istəyən olsun.

Digər bir tərəfdən, qayıtsalar nə edəcəklər. Artıq bitdi. 200 ildən artıq dünya erməniliyini formalaşdıran güc mərkəzləri dünya erməniliyi ilə vidalaşırlar. Çünki onun maskasını yırtan, onun nə olduğunu üzə çıxaran 44 günlük müharibə və ondan sonra keçən zaman kəsiyi oldu. Bəlli oldu ki, bu etnoz dünyanın ən sivil, ən mədəni xalqı deyil, ən vəhşi xalqıdır, barbardırlar. Çünki orta əsrlər dörünün insanları, qəbilələr kimi 30 il ərzində işğal etdiyi bizim torpaqarı viran qoydular, xarabalığa çevirdilər. Deməli bunların kim olduğu həmin o dağıdılmış ərazilərin tablosunda açıq-aydın ortada. Biz bunu dünyaya təqdim elədik. Erməninin “sivil, mədəni, qədim xristian xalqı” anlayışları özündə ehtiva edən görüntüləri puç oldu. Gördülər ki, normal insan, sivil dövlət, xalq bəşəri dəyərləri özündə ifadə edən istənilən etnos bu cür vəhşiliklər törədə bilməz. Onların meydanda olan az-çox müdafiəçiləri də zaman-zaman buxarlanıb yox olacaqlar.

İndiki halda 10 illər boyu Qarabağda yaşamış ermənilərin sayı o qədər də çox deyil - maksimum 30-40 nəfərdirlər. Mənə elə gəlir ki, bu proses br neçə aya tam aydınaşacaq. Bəlli olacaq ki, kim gedir, kimlər qalacaq.

Artıq Azərbaycanın bir sıra dövlət orqanları - Miqrasiya xidməti, Əmək və Əhalinin Sosial Müdafiəsi, Polis, DTX-nın nüçayəndələri Xankəndidədir. Həmin qurumların ardınca orda Dövlət Əmlak Komitəsi özünün qurumunu yaradacaq. Çünki orda bütün əmlakların təsnifatı, sənədləşməsi aparılacaq. Əmlak kimin adınadırsa sənədləşəcək ki, sonradan əmlakla bağlı məhkəmə işləri açıb üzərimizə gəlməsinlər. Onlarn əmlakları heç kimə lazım deyil. İstəsələr hamısnı satıb gedəcəklər. Ona görə də düşünürəm ki, Azərbaycanın bu gün ölkə prezidenti səviyyəsində zərgər dəqiqliyi ilə işlənib hazırlanmış yol xəritəsi artıq problemi tamamilə sıfıra yaxınlaşdırıb. Yaxın vaxtlarda biz ermənilər haqqında keçmiş zamanda danışacağıq.

 

- Bundan sonrakı məhrələdə ermənipərəst, erməni müdafiəçilərinin hansı mövqe tutacağı maraqlıdır.

 

- Erməniəri müdafiə edənlər, daha çox ABŞ, Fransa, Rusiyadır. Bu ölkələrdə erməni diasporaları güclüdür. ABŞ məsələyə daha təmkinli yanaşsa da, Fransa-Makronun timsalında həyasızcasına üstümüzə gəlir. Makronun da sevgilisi erməni kişisi olduğuna görə onun sözünə uyğun hərəkət edir. Onun da özünün genetik kodlarında ermənilik var. Ümid edək ki, növbəti seçkilərdə Fransada normal bir insan hakimiyyətə gələcək və o, Azərbaycana münasibətlərində korrektələr edəcək, münasibətləri əvvəlki kimi qaydasına qoymağa çalışacaq. Bu münasibətlər axıra qədər belə gedə bilməz. Çünki cənab Prezidentin Zəngilanda çıxışı zamanı söylədiyi bir fikir var: - "Dəmir Yumruq yerindədir. Bizim səbrimiz də var, gücümüz də var. Kimsə bizim səbrimizlə oynaya bilməz, oynayanlar cavabını alacaqdır”. Ölkə rəhbəri bununla hər kəsə öz mesajnı verdi.

 

- Belə bir şəraitdə Rusiyanın, onun Azərbaycan ərazilərindəki hərbi kontingentinin mövqeyini necə dəyərləndirmək olar?

 

- Rusiya burda artıq obyektiv və abırla yanaşma yolunu seçdi və ölkə Prezidentinin qətiyyətini birmənalı şəkidə dərk edib qəbul etdi. Rusiya bilirdi ki, əgər başqa cür münasibət sərgiləsə, hətta Ermənistanın xoşuna gəlmək üçün Azərbaycana maneə olmağa çalışsa, bu alınmayacaq. Çünki Azərbaycan çox dəqiq vuran silahlarla ancaq nöqtə atəşləri edirdi. Rusiyanın da məqsədi mülki əhali ilə olan problemlərin aradan qaldırılmasını təmin etmək, insanlar arasında münasibətlərin gərginləşməsinin qarşısını almaq üçün idi. Bu baxımdan neytral qalmaq zorunda qaldı. Amma indi Rusiyada Vardanyanı müdafiə etməyə başlayıblar. Peskov səviyyəsində deyilir ki, o Rusiyanın vətəndaşıdır, biz ondan məlumat almalıyıq. Halbuki, Lavrov, Putin səviyyəsində deyilmişdi ki, Vardanyan artıq Rusiya vətəndaşı deyil. Verilən məlumatlara görə, Araik Arutunyan və digər separatçılar Xocalıda sülhməramlılar tərəfindən himayə olunurlar. Ancaq artıq qatar gedib. Ermənilərin hər hansı br cəhdləri heç bir məna daşımayacaq. Azərbaycanda cinayət törədənlərin hər biri qanun qarşsında cavab verəcəklər. Hətta sülh müqavilsində belə bir maddə təsbit oluna bilər: Azərbaycanda cinayət törədən və bu gün Ermənistanda daldalanan cinayətkarlar da Azərbaycana qaytarılsın.

 

- Belə bir ərəfədə ölkə daxilində radikal siyasətçilərin yanaşmalarında hansısa xarici təsirlərin izi görünürmü?

 

- Onlar var, amma heç kimdirlər. Onların nə siyasi çəkisi var, nə də dediyi fikirlərin mənası yoxdur. Sadəcə olaraq ölkə prezidentinin, dövlətin uğurlarına qarşı böyük qısqanclıq göstərir, avantürist mövqe tuturlar. Onlar öz davranışları ilə xarici qüvvələrə, ermənilrər xidmət edirlər. Və düşünürəm ki, onların sözlərinə əhəmiyyət verib onları tirajlamaq lazım deyil.


- Mövcud reallığı təhlil etsək, insanlarımız prezidentin Xankəndidə edəcəyi çıxışı, -Xankəndi Azərbaycandır” nidasını səbirsizliklə gözləyir... Bu nə vaxt olacaq?

 

- İnşaallah bu çıxış da yaxınlarda baş tutacaq. Təkcə Xankəndi yox, eyni zamanda Ağdərə də, Xocalı da, Xocəvənd də AZƏRBAYCANDIR deyiləcək. Bütün bunlardan sonra sonda deyəcək ki, - Bütün Azərbaycan Azərbaycandır! Artıq üfüqdə Zəngəzur görünür.

 

Tahirə Qafarlı

Xəbər lenti

InvestAZ

Ən çox oxunan xəbərlər

“Öz gözlərindəki tirlə Azərbaycanda tük axtarırlar”

Bankların "qara siyahı"sına kimlər düşür?

Meymunçiçəyi virusu sürətlə YAYILIR

Şou-biznesin yaradıcısı - 38 il

Xəzər dənizinin sahilində NAR bulvarı salındı

36 ildir səhnədə birinciliyini heç kimlə paylaşmır

Ermənipərəst konqresmen Bakıdan QAÇDI

Əfsanə “CineMastercard”da kimsəsiz uşaqlarla görüşdü

İnsan boyda balıq

Cinayət Məcəlləsində YENİ MADDƏ

Bu virusun insana keçmə təhlükəsi yaranıb

Türkiyədəki həmyerlimizin bu ifası gündəmdə

COP29-un 9-cu gününün PROQRAMI

Azad Şabanovun yeni işi

Diş şaqqıltısı və güclü əzələ spazmaları...