Fransanın anti-Azərbaycan oyunu və...
Məhəmməd Əsədullazadə: “Fransanın bu addımları Ermənistanın izolyasiyada qalmasına gətirib çıxardır”
“Fransa xarici işlər nazirinin Ermənistana səfərində anti-Azərbaycan ritorikası, Ermənistanla silah ticarətinə dair müqavilələr bağlayacağını elan etməsi bu dövlətin milletarist siyasətinin bariz nümunəsidir”.
Versus.Az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə Fransanın anti-Azərbaycan oyunu ilə bağlı açıqlamasında bildirib.
Ekspert bildrib ki, Fransa -Ermənistan əlaqələri Cənubi Qafqazda yeni bir situasiayaya gətirib çıxardır və bu, regionda stabilliyə xidmət etmir. Onun fikrincə, Fransa bununla Cənubi Qafqazda möhkəmlənməyə çalışır, Rusiyanı regiondan çıxarmaq istəyir, Türkiyəni, Türkiyə-Azərbaycan birliyini zəiflətməyə çalışır. Onun fikrincə, bu ideya Fransanın xarici siyasətinin əsas prioritetidir:
“Fransanın bu siyasəti heç də effektli olmayacaq. II Qarabağ müharibəsində Azərbaycan və Türkiyənin Cənubi Qafqazda geosiyasi mövqeyi kifayət qədər güclənib. Fransanın atdığı bu addımlar məhz Ermənistanın izolyasiyada qalmasına gətirib çıxardır”.
Ekspert eyni zamanda hesab edir ki, əgər Fransa Ermənistanla silah müqaviləsi bağlayarsa, bu, Avropa dövlətləri ilə Azərbaycan arasında silah sazişi sanksiyalarını aradan götürəcək:
“Proseslər Fransa ilə Ermənistanın əleyhinə olacaq. Fransanın indiyə kimi atdığı addımlar uğurlu olmadı və bundan sonrakı addımları da müsbət nəticə verməyəcək”.
TAHİRƏ
Xəbər lenti
"Sosial işçilər həmin şəxsi tapıb ona yardım göstərsin"
"Öz vəzifə borcunu layiqincə yerinə yetirən məmurlar da var"